Myanmada bu gün 6,5 mindən çox məhbus azadlığa buraxılacaq
Bakı, 7 may, AZƏRTAC
Myanma hakimiyyəti aprel ayında baş tutan iki kütləvi amnistiyadan sonra 6520 məhbusu azadlığa buraxacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, artıq azad olunan məhbuslar arasında Reuters agentliyinin 2018-ci il sentyabrın 3-də dövlət sirri barədə qanunu pozduqlarına görə 7 il həbs cəzasına məhkum edilən iki jurnalisti də var. Onlar geniş mövzu dairəsini, o cümlədən rohinca müsəlman xalqının vəziyyətini və Rakhayn ştatındakı hadisələri işıqlandırırdı. Myanmanın hakimiyyət orqanları rohincalıları Banqladeşdən gələn qanunsuz mühacir hesab edir və uzun müddətdir ölkə ərazisində yaşamalarına baxmayaraq, onların vətəndaşlıq hüquqlarını tanımır.
Myanmada aprelin 17-si və 26-da elan edilən amnistiyaya müvafiq olaraq 9 min və 7 min məhbus daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]