REGİONLAR
Naftalanda “İdman həftəsi” ilə əlaqədar keçirilən yarışlarda uğur qazanan idmançılar təltif olunublar
![](/files/galleryphoto/2022/1/1200x630/16464870261154513001_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464870265408727760_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646487026927047076_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464870262334922995_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464870261590243946_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646487026281608417_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464870265137563179_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464870265161944806_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646487026278398801_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464870263699849221_1200x630.jpg)
Naftalan, 5 mart, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə “Müstəqil Azərbaycanın idman tarixi” mövzusunda çıxış edən icra hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova bildirib ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5- i ölkədə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Habelə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adı təsis edilib. Kəmalə Hüseynova imzalanan bu kimi sərəncamların ölkə rəhbərliyinin idmana və ölkə idmançılarına olan tükənməz qayğısının nəticəsi olduğunu vurğulayıb.
Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev bayram münasibətilə idmançıları təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən cari il 27 fevral - 5 mart tarixləri ölkə ərazisində “İdman həftəsi” elan edilib. Bununla əlaqədar olaraq idarə tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib. “İdman həftəsi” çərçivəsində voleybol, minifutbol, atletika, şahmat, cüdo üzrə şəhər birincilikləri keçirilib. Yarışlarda ümumilikdə 300-dən artıq idmançı iştirak edib.
Sonda “İdman həftəsi” ilə əlaqədar keçirilən yarışlarda uğur qazanan idmançılara diplom, kubok və medallar təqdim olunub.