“Nar” yenilənmiş və daha sərfəli internet paketlərini təqdim edir
Bakı, 1 mart, AZƏRTAC
“Nar” abunəçiləri gücləndirilmiş və yenilənmiş şəbəkədən yararlanaraq, sərfəli qiymətlərlə daha çox çeşidli internet paketlərindən istifadə edə biləcəklər. “Nar” yenilənmiş və yüksəksürətli Turbo paketlərini limitsiz edib. İndi, paket bitdikdən sonra belə abunəçilər trafikin istifadə müddəti bitənə qədər pulsuz olaraq internetdən istifadə edə biləcəklər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Nar” abunəçiləri Turbo XL, Turbo 2XL və Turbo 3XL paketlərində gündüz (pik saatlar) trafiki bitənə qədər pulsuz olaraq maksimum sürətlə məhdudiyyətsiz gecə (qeyri-pik saatlar) trafikindən yararlana bilərlər. Abunəçilərə təqdim olunan digər yenilik “Nar” 3G+ və 4G dəstləri olub. Abunəçilər sadəcə 20 AZN ödəməklə “Nar” data-nömrə, 3G+ modemi və 15 GB trafik, böyük həcmli internetə üstünlük verənlər isə 49 AZN ödəməklə “Nar” data-nömrə və 4G modemlə yanaşı, 30 GB-lıq internet trafiki əldə edəcəklər. Pulsuz və məhdudiyyətsiz gecə trafiki “Nar” 3G+ və 4G dəstlərinə də şamil olunur.
Abunəçilər, həmçinin “eNəzarət” xidməti vasitəsilə balanslarını asanlıqla yoxlaya və idarə edə biləcəklər. Bu xidmət hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında görünərək, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək imkanı verir.
“Nar”ın genişləndirilmiş, mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan mobil internet xidməti abunəçilərə hər yerdə və hər zaman yüksəksürətli internetdən daha sərfəli və rəqabətədavamlı qiymətlərlə istifadə imkanını yaradıb. Yenilənmiş internet paketləri haqqında məlumatı nar.az saytından əldə etmək olar.