CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə statistik məlumatlara dair interaktiv xəritə hazırlanıb
![](/files/galleryphoto/2022/1/1200x630/16464853664404833473_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646485366497727583_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464853663233524030_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatlara dair interaktiv xəritə hazırlanıb və fəaliyyətə dair maddi-texniki baza yaradılıb.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla hazırlanan interaktiv xəritədə aidiyyəti dövlət qurumlarının təqdim etdiyi statistik göstəricilər əsasında respublikanın şəhər və rayonları üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddə olan bitkilərin kultivasiyası ilə bağlı qeydə alınan cinayət faktları (satış, saxlama, əkin, digər), həmin faktlar üzrə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin növü, miqdarı, narkotiklərlə bağlı məsuliyyəti cəlb edilən şəxslər, o cümlədən azyaşlılar və narkotik istifadəçiləri barədə rüb və illər üzrə müqayisəli məlumatlar əksini tapıb.