“Natiqlik akademiyası” layihəsi həyata keçirilib
Bakı, 9 mart, AZƏRTAC
Mingəçevir gənclərindən olan Anar Quliyevin “Natiqlik akademiyası” layihəsi həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində keçirilən təlimlər zamanı gənclər “natiqlik sənəti”, “natiqlik sənətinin incəlikləri”, “Karyerada uğur qazanmaqda natiqliyin rolu”, “Nitqin qurulması, jest və mimikalardan düzgün və yerində istifadə”, “Ünsiyyətin formaları, ünsiyyət prosesində bədən dilindən istifadənin əhəmiyyəti” mövzuları üzrə məlumat əldə edib, öyrəndiklərini praktik olaraq tətbiq etməklə, onları maraqlandıran suallara cavab tapıblar.
Təlimin sonuncu günündə gənclər natiqlik bacarıqlarını nümayiş etdirib, komanda şəklində hazırladıqları təqdimatlarla çıxış ediblər. Təlimi uğurla bitirən gənclər sertifikatlarla təltif ediliblər.
Layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir. Layihə Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin tərəfdaşlığı ilə icra olunub.