Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Dövlət Universitetində ilk onlayn respublika elmi konfransı keçirilib

Naxçıvan, 30 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu” mövzusunda ilk onlayn respublika elmi konfransı keçirilib.

Onlayn konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Dillər Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları da iştirak ediblər.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tərcümə sənətinin tarixindən, xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, tərcümə tarixinin tədqiqi müvafiq ölkənin digər dövlətlərlə və millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrinin səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Muxtar respublikada bu sahəyə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən rektor universitetdə də yaradılan tərcümə mərkəzinin fəaliyyətinə toxunub, perspektivləri dəyərləndirib.

Baba Nemətullah Naxçıvaninin elmi və tərcüməçilik fəaliyyəti haqqında danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ədəbiyyatın mühüm bir qolu olan tərcümə sənətinin tarixinə nəzər salıb, Azərbaycanda tərcümə tarixinin “Qurani-Kərim”lə bağlı olduğunu bildirib. Vurğulanıb ki, Oğuzların ana kitabı “Kitabi-Dədə Qorqud”da “Qurani-Kərim”in İxlas surəsinin bədii tərcüməsi var. 1999-cu ildə 1300 illiyinin qeyd edildiyini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var.

Akademik elm, mədəniyyət, ədəbiyyat və dillə bağlı olan tərcümə sənətinin sərbəst və hərfi növlərindən söz açıb. Orta əsrlərdə yaşamış türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan ilk tərcüməçi alimlərdən Hinduşah Naxçıvaninin adı xüsusilə qeyd olunub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvanda keçirilən Hinduşah Naxçıvaniyə həsr edilmiş konfransı alimin irsinə verilən yüksək qiymət kimi dəyərləndirib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimli “Naxçıvan ədəbi mühitinin yetirməsi olan iki tərcüməçi haqda” adlı çıxışında indiyədək tərcüməçilik fəaliyyəti araşdırılmayan Rzaqulu Nəcəfov və Rüfət paşa Səfərov barədə məlumat verib. Qeyd edilib ki, mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun fəaliyyətinin xeyli hissəsi Tiflis mühiti ilə bağlı olub. Tiflisdə azərbaycandilli mətbuat nümunələri - “Yeni fikir” qəzeti və “Dan yıldızı” jurnalının nəşrində müəllifin birbaşa əməyi olduğu vurğulanıb. Rus ədəbiyyatına yaxından bələdçilik tərcüməçini bir sıra yazıçıların əsərlərini dilimizə çevirməyə şərait yaradıb. Müəllif Anton Pavlov Çexovun “Kəndlilər”, “Vişnə bağı” əsərlərini 1930-cu ildə Azərbaycan dilinə çevirib, müxtəlif əsərlər barədə yazdığı resenziyalarla da mətbuat aləmində çıxış edib.

Məhəmməd Tağı Sidqinin kiçik oğlu, tərcüməçi Rüfət Paşa Səfərov ixtisasca həkim olsa da, tərcüməçilik sahəsində də bir sıra uğurlara imza atıb. XIX əsr Mixail Saltıkov Şedrinin “Azad Mavruşah”, İvan İvanoviç Katayevin “Qəlb”, Epton Sinklerin “100 faiz” əsərlərini dilimizə tərcümə edib. Bədii tərcümə əsərləri ilə bərabər, elmi-kütləvi, təbiət, idman, ictimai-siyasi, tibbə dair müxtəlif kitabların da tərcüməsində onun imzası var. Həmçinin 20-dən artıq kitab onun redaktorluğu ilə çap olunub.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar ötən il birlikdə bədii tərcümə ilə bağlı qarşıya qoyulan tələbləri diqqətə çatdırıb. Qeyd edilib ki, ötən dövr ərzində bir sıra irəliləyişə nail olunub. Yazıçılar birliyinin nəzdində tərcümə mərkəzinin yaradılması və bu sahəyə Naxçıvan Dövlət Universitetinin müəllimi, eyni zamanda, şair, tərcüməçi Şirməmməd Qüdrətoğlunun təyin edilməsi həmin istiqamətdə yaranan boşluqları arxada qoyub. Alman dilindən tərcümədə Həmid Arzulunun, ingilis dilindən Şirməmməd Qüdrətoğlunun, fransız dilindən Şamil Zamanın, türk poeziyasından Vaqif Məmmədovun, Elxan Yurdoğlunun, yazıçı Nərgiz İsmayılovanın çevirdiyi nümunələr, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi qiymətləndirilib.

Vurğulanıb ki, Naxçıvan ədəbi mühitində özünəməxsus yeri və rolu olan 53 şairin şeirlərindən ibarət toplu hazırlanıb və akademik İsa Həbibbəyli bu kitaba “Naxçıvanın poeziya çələngi” adlı ön söz yazıb. Fransız oxucularının qədim diyarımızın şairlərinin şeirləri ilə tanış olmaq imkanı verən kitabın yaxın zamanlarda nəşr olunacağı nəzərdə tutulur.

Naxçıvan Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov Gülməmməd bəy Kəngərlinin tərcüməçilik fəaliyyətində N.A.Nekrasov yaradıcılığının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, Gülməmməd bəy Kəngərli “Kəşkül” qəzetində Nekrasovun “Nravstvennıy çelovek” (“Xoşəxlaq adam”) əsərindən bir parçanı tərcümə edib və “Mərdi müttəqi” adı ilə dərc etdirib.

Sonda rektor müasir mərhələdə tərcümə sənətinin inkişafında kadr hazırlığına toxunub, müvafiq ixtisaslarda tərcümə sənəti və seçmə fənnin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.

Konfrans “Bədii tərcümənin tarixi və nəzəriyyəsi”, “Bədii tərcümə müasir mərhələdə” adlı bölmə iclasları ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib