Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib YENİLƏNİB

Naxçıvan, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.

Naxçıvan Dövlət Universitetində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfrans iştirakçılarını Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovuşuğunda, böyük İpək yolunun üzərində yerləşən Naxçıvanda salamlayaraq bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu siyasi-ideoloji fəaliyyətin mühüm istiqamətlərindən biri də Türk dünyasının birliyidir. Hələ Ulu Öndər 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə qərarlar qəbul edib, qardaş Türkiyə ilə əlaqələrin qurulmasına xüsusi önəm verib. Türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsünün müəllifi isə Azərbaycan Prezidenti İlham Əliyev, bu təşəbbüsün reallığa çevrildiyi yer Naxçıvan olub. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişi”nin imzalanması mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına nail olunub, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiya sürətləndirilib.

44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin və bunun ən mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması perspektivində görülən işlərin həm də Türk dünyasının coğrafi birliyini təmin etmək yolunda atılmış ikinci addım kimi böyük siyasi-ideoloji əhəmiyyətinə toxunan Fuad Nəcəfli “Naxçıvan Müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb, təşkilatçılara təşəkkürünü bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin sədri Fərid Şəfiyev çıxışında ortaq türk dünyası ideyasının 19-cu əsrdə formalaşdığını, bu ideya ətrafında praktiki addımların isə 1990-cı illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən atıldığını vurğulayıb. Bildirib ki, həmin illərdə zirvə görüşü təşkil olunub, Türk Şurası və nəhayət Türk Dövlətləri Təşkilatı yaradılıb. Hazırda təşkilatın İstanbulda baş qərargahı, Astana, Bakı, Daşkənd və digər şəhərlərdə təşkilata bağlı olan qurumlar fəaliyyət göstərir. Bu fəaliyyət bundan sonra daha da genişlənəcək. Fərid Şəfiyev qeyd edib ki, hazırda dünyada, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdə çox mürəkkəb geosiyasi hadisələr baş verir. Bütün bunlar beynəlxalq təhlükəsizlik və iqtisadi baxımdan daha sıx əməkdaşlığı zəruri edir. Bu istiqamətdə artıq addımlar atılır, Orta Dəhliz layihəsi həyata keçirilir, intellektual potensial güclənir, Türk Akademiyası fəaliyyət göstərir. Artıq ortaq türk əlifbası yaradılıb və ortaq türk dili layihəsi üzərində iş gedir.

XXI əsri türk əsri kimi qiymətləndirən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, dövlətlərimiz buna addım-addım yaxınlaşır. Ölkə başçıları səviyyəsində bu yaxınlaşma üçün çox güclü iradə var. Bu birliyin Naxçıvanda əsası qoyulmuş sazişlə inkişaf etməsi qürurverici və önəmlidir. Çünki Naxçıvan min illərdir türkçülüyün simvollarını daşıyan mərkəz rolunu oynayıb. Vaxtilə Atabəylər, Səlcuqlar imperiyalarının mərkəz şəhərlərindən olan Naxçıvan geostrateji mövqeyi, şəhərsalma mədəniyyəti, ənənələri ilə həmişə Türk dünyası üçün maraqlı region olub.

Türk Dövlətləri Təşkilatının baş katibinin nümayəndəsi Muradcan Mustafayev Naxçıvan müqaviləsinin 15 illiyi münasibətilə təbriklərini çatdırıb, bu tədbirin türk coğrafiyasında əsas körpü rolunu oynayan Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunub. Qeyd edib ki, strateji baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda yerləşən, 170 milyona yaxın əhalisi olan türk regionu qarşılıqlı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açır. 2023-cü ildə Türk Dövlətləri Təşkilatı iqtisadiyyatının ÜDM-i əvvəlki illə müqayisədə 18 faiz artaraq təxminən 2 trilyon ABŞ dollarına çatıb. Həmçinin üzv dövlətlərinin ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat Dəhlizinin əhəmiyyəti artıb. Dəhliz Şimal dəhlizindən 2 min kilometr qısa olduğundan dəmir yolu tranzit müddətini 7-8 gün azaldır.

Tədbirdə Naxçıvan televiziyasının hazırladığı Türk dövlətləri birliyinin inkişafını və əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları ilə davam edib.

10:17

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin tərkibində olduğu nümayəndə heyəti öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıb.

Daha sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.

Qeyd edək ki, muzeydə Ulu Öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən eksponatlar mühafizə olunur. Burada Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, mühafizə olunur.

Tədbir rəsmi hissədən sonra, işini panel iclaslarla davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR