Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan, 13 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası müstəqillik illərində böyük inkişaf yolu keçib. 1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 250 dəfə artaraq 990 milyon 67 min manat olub, sənaye müəssisələrinin sayı 46-dan 442-yə çatdırılıb. Nəticədə, 2018-ci ildə muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən tədbirdə əvvəlcə iqtisadiyyat naziri Famil Seyidov çıxış edib. Bildirib ki, 95 illik yubileyini yüksək nailiyyətlərlə qeyd edən Naxçıvana muxtariyyət verilməsi torpaqların müdafiəsi ilə yanaşı, bu qədim diyarın inkişafını da təmin edib.

Qeyd olunub ki, muxtar respublika iqtisadiyyatının inkişafında və sosial-mədəni həyatında əsaslı dönüş mərhələsi ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi və yorulmaz fəaliyyəti ilə bağlıdır. Belə ki, 1970-1985-ci illərdə muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrində 783 milyon manatlıq əsas fondlar yaradılıb, Araz çayı üzərində su elektrik stansiyası, alt trikotaj məmulatları fabriki, yeni mineral su zavodu, şüşə qablar zavodu, şərabçılıq müəssisələri tikilib istifadəyə verilib.

Ümumiyyətlə, muxtar respublikada 1969-1985-ci illərdə 21 sənaye müəssisəsi tikilib, bir neçə sənaye müəssisəsi əsaslı surətdə yenidən qurulub. Bütün bu genişmiqyaslı tədbirlər nəticəsində muxtar respublikada sənaye məhsulunun ümumi həcmi 1970-ci illə müqayisədə 1985-ci ildə 4,6 dəfə artıb. Həmin dövrdə mühüm sənaye məhsulları istehsalı, o cümlədən elektrik enerjisi 35, ipək xammalı 2,2, konservləşdirilmiş məhsullar 3,5, daşduz 2, mineral sular və şərab məhsulları isə bir neçə dəfə artıb. 1970-1985-ci illərdə muxtar respublikada tikilib istifadəyə verilmiş müəssisələrin 52 faizi yeyinti sənayesinin payına düşüb.

Nazir bildirib ki, bu dövrdə kənd təsərrüfatı üzrə də mühüm nailiyyətlər qazanılıb. Belə ki, 1970-ci illə müqayisədə 1985-ci ildə muxtar respublikada üzümlüklərin sahəsi 8,1 min hektardan 13,8 min hektara, meyvə bağlarının sahəsi 1,9 min hektardan 2,6 min hektara, yem bitkilərinin əkin sahəsi 9 min hektardan 13,5 min hektara çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasında da böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, aqrar sektorun inkişafı məqsədilə dövlət maliyyə dəstəyi ilə 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatı yaradılıb.

Ailə təsərrüfatlarının əhəmiyyətinə də diqqət çəkən nazir bildirib ki, son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada belə təsərrüfatların bir hissəsinin kiçik sahibkarlıq subyektlərinə çevrilməsinə zəmin yaradıb. 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu fəaliyyət sahəsinə marağı daha da artırmaqla, iqtisadiyyata öz töhfəsini verəcəkdir.

Famil Seyidov deyib: Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır ki, bu da çox yüksək göstəricidir. 2000-ci ildən ötən müddət ərzində sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox güzəştli kreditlər ayrılıb, sahibkarlıq fəaliyyəti genişləndirilib, muxtar respublikanın xarici ticarət əməliyyatlarının həcmi artıb. Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdir müavini Ədalət Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Blokada şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Naxçıvan iqtisadi və sosial sahədə muxtariyyət tarixinin ən yüksək inkişaf mərhələsinə çatıb.

Qeyd edilib ki, muxtar respublikada iqtisadi inkişafa nail olunması əlverişli biznes mühitinin yaradılmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına və iş yerlərinin açılmasına imkan verib. Son illər qabaqcıl texnologiyaya əsaslanan avadanlıqlarla təchiz edilmiş maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Bütün bunlar isə daxili bazarın qorunmasına və iqtisadiyyatın inkişafına hesablanmış tədbirlərdir.

Vurğulanıb ki, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə görülən ardıcıl tədbirlər məhsul istehsalının artmasını və məhsuldarlığın yüksəlməsini şərtləndirib.

Bu gün muxtar respublikanın sürətlə inkişaf etdiyini bildirən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov qeyd edib ki, əldə olunmuş nailiyyətləri və qazanılmış uğurları özündə əks etdirən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2018-ci ildə 1995-ci illə müqayisədə 63,4 dəfə artaraq 2 milyard 773 milyon 20 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 46,3 dəfə artaraq 6101 manat olub. 1996-cı ildən 2019-cu il yanvarın 1-dək muxtar respublikada iqtisadi və sosial sahələrə, ümumilikdə, 9 milyard 716 milyon 919 min manat dəyərində vəsait yönəldilib. Muxtar respublikada nəqliyyatın mühüm sahələrindən olan hava nəqliyyatının inkişafı istiqamətində də ötən illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib, yeni aerovağzal kompleksi tikilərək istifadəyə verilib, Naxçıvan Hava Limanı beynəlxalq status qazanıb.

Diqqətə çatdırılıb ki, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış məntəqələrinin 98,6 faizində genişzolaqlı internet, 99,5 faizində isə simsiz internet xidmətləri göstərilir. Muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. 1996-cı ildən başlayaraq ötən dövr ərzində 22 məktəbəqədər təhsil müəssisəsi, 200-dən çox ümumtəhsil müəssisəsi tikilib və ya yenidən qurulub, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib. Muxtar respublikanın ümumtəhsil məktəblərində 1996-cı il yanvarın 1-də bir dəst kompüterdən 4050 şagird istifadə etmişdirsə, hazırda hər 10 şagird bir dəst kompüterlə təmin olunub. Ümumtəhsil məktəblərində istifadədə olan 4925 dəst kompüterin 4357-si və ya 88,5 faizi internetə qoşulub, təhsilin keyfiyyətlə aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılıb. Əhalinin həyat və məişət şəraitinin yaxşılaşması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərib, əhali artımının dinamikliyi təmin edilib. Belə ki, muxtar respublika əhalisinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 118 min nəfər artaraq 2019-cu il yanvarın 1-nə 456 min nəfəri ötüb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə, Dövlət Statistika Komitəsinin şöbə müdiri Rza Tağıyev və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev çıxış edərək muxtar respublikanın muxtariyyət illərində qazandığı uğurlardan, iqtisadiyyatın və sahibkarlığın inkişafından bəhs ediblər.

Sonda muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr və istehsal olunan məhsullarla bağlı sərgiyə baxış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

Hacıqabuldakı yanğının söndürülməsi üçün ətraf rayonlardan da qüvvə cəlb edilib

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib