Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması Heydər Əliyev siyasi xəttinə dərin sədaqətin bariz nümunəsidir

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması Heydər Əliyev siyasi xəttinə dərin sədaqətin bariz nümunəsidir

Naxçıvan, 23 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən yubileylə əlaqədar il ərzində, xüsusilə fevral, mart və noyabr aylarında silsilə tədbirlər keçiriləcək, fevralın 9-da yubiley tədbiri olacaq.

Naxçıvanın yerləşdiyi region geostrateji və geosiyasi baxımdan həmişə diqqəti cəlb edib

Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarixboyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, hələ qədim dövrdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni dövrün reallıqları prizmasından qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır. Buna görə də tarixboyu böyük dövlətlər Naxçıvana nəzarət etmək xəyalı ilə yaşayıblar. Ötən əsrin 20-ci illərində gedən proseslər isə qədim diyarımızın muxtariyyət statusu qazanaraq əbədi olaraq Azərbaycanın tərkibində qalması ilə nəticələnib. Bu mənada, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.

Naxçıvanın muxtariyyəti: beynəlxalq müqavilələr və daxili qanunvericilik

Bu gün Naxçıvanın muxtariyyəti beynəlxalq nadir bir model, hüquqi, siyasi və tarixi baxımdan fenomen kimi qiymətləndirilir. Çünki onun muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə təsbit olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib. Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. Bəs bu statusun verdiyi imkanlar Naxçıvanın sonrakı taleyində hansı rol oynayıb?

Naxçıvanın muxtariyyət qazanması məkrli planlara sarsıdıcı zərbə vurdu

Qədim diyarın muxtariyyət statusuna malik olması bir neçə aspektdən çox əhəmiyyətlidir. Birincisi, çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvanın 1924-cü il fevralın 9-da muxtariyyət qazanması düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı məkrli planlara sarsıdıcı zərbə vurdu. Məlumdur ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş oldu. Həmin sazişə əsasən qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verildi və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salındı. Türk dünyasına düşmən kəsilən qüvvələrin niyyətləri o idi ki, bir müddət sonra Naxçıvanı ölkənin əsas ərazisindən ayrı düşməsi arqumentini irəli sürməklə onu Ermənistana birləşdirsinlər. Bu amil Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirirdi. O zərurət ki, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi.

Naxçıvan məsələsinin beynəlxalq gündəmdə yer aldığı illərdə qabaqcıl ictimai-siyasi yanaşmanın məhsulu olan bu qərar böyük dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılanırdı. Buna baxmayaraq, yerli əhalinin və ziyalıların inadlı mübarizəsi nəticəsində mühüm strateji əhəmiyyət kəsb edən Naxçıvanın muxtariyyət qazanması qədim diyarımızın ölkəmizin tərkibində qalmasına şərait yaratdı.

Vahid idarəçiliyin təşkili sabitliyə və inkişafa zəmin yaratdı

İkincisi, Azərbaycandan ayrı salınmış bu diyarda qərarların icrası, eyni zamanda, yerlərdə lazım olan işlərin daha səmərəli şəkildə həyata keçirilməsi, sabitliyin və inkişafın təmin olunması məqsədilə vahid idarəçiliyin təşkili mühüm əhəmiyyət kəsb edirdi. Təcrübədən də məlumdur ki, vahid idarəçilik olmayan yerdə həmişə anarxik bir idarəçilik formalaşır, dövlət idarəçiliyində çox ciddi problemlər yaranır. Belə bir vəziyyətdə istənilən ölkə və ya diyar xaosa sürüklənir, onun gələcəyi sual altında qalır. Vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması isə yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi. Bu baxımdan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. 

Qədim diyar muxtariyyət qazandıqdan sonra muxtar dövlət quruculuğu prosesi aparıldı, idarəçilik ənənələrinə bütün dövrlər üçün böyük əhəmiyyətə malik yeniliklər bəxş edildi, yeni formasiyada muxtar dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsi formalaşdı. Bununla səmərəli idarəçiliyin əsası qoyuldu, muxtar respublikadakı dövlət orqanlarının fəaliyyətinin çevikliyi və şəffaflığı gücləndirildi, sakinlərin qayğı və ehtiyaclarına daha diqqətlə yanaşıldı, idarəçilikdə məsuliyyət prinsipi ön plana çıxdı. Bütün bunların məntiqi nəticəsi olaraq sakinlərin dövlət idarəetmə orqanlarına inamı, hakimiyyət strukturlarına etimadı daha da artdı.

Muxtariyyət Naxçıvanın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadı

Üçüncüsü, Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin təmin olunmasında da müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib, bununla da beynəlxalq aləmin diqqəti erməni təcavüzünə yönəldilib. Sovetlər Birliyinin yaşadığı dövrdə onun dağılmasına ilk zərbəni vurmağa heç bir xalq, heç bir müttəfiq respublika və ya muxtar respublika cəsarət etməmişdi. Bunu yalnız Vətən uğrunda, azadlıq, müstəqillik uğrunda ölümə meydan oxuyan qəhrəman naxçıvanlılar edə bilmişdi.

Ümumiyyətlə, bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı həmin dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına hərtərəfli şərait yaratdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etdi.

Azərbaycanda qədim dövlətçilik ənənələri yaşadıldı

Dördüncüsü, 1990-1993-cü illərdə Naxçıvanın muxtariyyət statusuna malik olması həmin illərdə qədim diyarda müstəqil Azərbaycanın dövlət quruculuğunun əsaslarını təşkil edən tarixi qərarların qəbul olunmasına, idarəçilik qanunlarının işlənib hazırlanmasına, ordu quruculuğuna, sosial-iqtisadi islahatların aparılmasına şərait yaratdı.

Beşincisi, Naxçıvan həm də Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyardır. X əsrdə burada “Naxçıvan şahlığı”nın, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu mənada, 1924-cü ildə Naxçıvanın muxtariyyət qazanması həm də tarixboyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib.

Muxtariyyət həm də Heydər Əliyev əmanətidir

Ulu Öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Onun 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 95 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da reallıqdır ki, Naxçıvanda son 24 ildə gedən inkişaf prosesləri, quruculuq-abadlıq işləri nəinki muxtariyyətin geridə qalan 71 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 minillik tarixində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin Sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz, bütün bunlar muxtariyyətin bəhrələri olmaqla yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya göstərdiyi yüksək diqqət və qayğının, apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur