Naxçıvanda bayram payları verilib
Naxçıvan, 12 may, AZƏRTAC
Ramazan bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib. Ölkəmizdə də bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə iftar paylarının verilməsi həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir.
Mayın 12-də müqəddəs Ramazan bayramı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara, məscid əhlinə və sosial qayğıya ehtiyacı olanlara, ümumilikdə, 1500 ailəyə bayram payı verilib.