Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

Naxçıvan, 8 mart, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini bildirib. Vurğulayıb ki, Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması bu siyasətin uğurlu nəticəsidir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərində və dövlət idarəçiliyində muxtar respublikanın xanımları da yaxından iştirak edərək ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərin fəal iştirakçısına çevriliblər. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24 faizini qadınlar təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir. Muxtar respublikanın idarə və təşkilatlarında 266 qadın rəhbər vəzifələrdə işləyir.

Vurğulanıb ki, muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, müxtəlif orden və medallara layiq görülürlər. Əminik ki, dövlətimizin qayğısını daim öz üzərində hiss edən qadınlarımız bundan sonra da muxtar respublikamızın inkişafı, ailə dəyərlərimizin yaşadılması naminə səylə çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, azərbaycançılıq və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət yetirəcəkdir. Emin Məmmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qadınlara təbriklərini çatdıraraq vurğulayıb ki, tarix boyu olduğu kimi, bu gün də qadınlarımız Azərbaycanın inkişafına dəyərli töhfələrini verir. Doğma Naxçıvanda qadın adı bütün dövrlərdə uca tutulub. Hələ 8 əsr bundan əvvəl böyük memarımız Əcəmi Naxçıvani möhtəşəm Möminə Xatun türbəsini inşa etməklə Şərqdə qadın-ana adının nə qədər uca tutulduğunu bütün dünyaya nümayiş etdirib. Qadına yüksək dəyər və ehtiram yüksək istedada və intellektual potensiala malik qadınlarımızın dövlət idarəçiliyində irəli çəkilməsi bu gün muxtar respublikada həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara göstərilən diqqətin ali təzahürüdür. Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması muxtar respublikada həyata keçirilən gender siyasətinin uğurlu göstəricisi hesab olunur.

Diqqətə çatdırılıb ki, ötən 3 il ərzində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra edilən və müvafiq olaraq Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi müxtəlif layihələri öz bəhrələrini verməkdədir. Bu layihələr çərçivəsində aztəminatlı və sağlamlıq imkanları məhdud olan 128 qadına 86 min 250 manat dəyərində sərmayə kapitalı verilib. Cari ildə isə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi icra olunacaqdır. Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, qadınlar ailə təsərrüfatlarında da təmsil olunurlar. Bu günədək 1209 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 98-i qadınlar tərəfindən idarə olunur.

Ramilə Seyidova qadınlara göstərilən diqqət, qayğı və yüksək dəstəyə görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. Komitə sədri bütün qadınları, o cümlədən şəhid və qazi analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə qadınların ictimai-siyasi proseslərdəki fəallığından danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında təmsil olunan üzvlərin 25 min 380-i qadındır. Ümumilikdə, partiyanın üzvü olan qadınlardan 11 min 722 nəfəri ali təhsilli, 4844 nəfəri isə orta ixtisas təhsillidir.

Tədbirdə ailə təsərrüfatçısı Yaqut Babayevanın və Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırovanın da çıxışları dinlənilib.

Sonra muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 46 qadına Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müxtəlif nominasiyalar üzrə diplomları təqdim edilib və Naxçıvan Televiziyasının “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda filminə baxış olub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, rəngarəng mahnı və rəqs nömrələri nümayiş etdirilib. Tədbir çərçivəsində istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan, ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış olub.

Tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb