NAXÇIVANDA DİAQNOSTİKA-MÜALİCƏ MƏRKƏZİİSTİFADƏYƏ VERİLMİŞDİR
Dekabrın 20-də Naxçıvan şəhərində Diaqnostika-Müalicə Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur.
Mərasimə toplaşan minlərlə adam Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət və ehtiramla, gül-çiçək dəstələri ilə qarşıladı. Sakinlərin əllərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, ümummilli liderin müdrik kəlamları yazılmış transparantlar, dövlətimizin başçısını salamlayan şüarlar var idi.
Düz bir il əvvəl təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin inşası tam başa çatdırılmışdır. “Gəmiqaya” şirkətinin gözəl memarlıq üslubunda inşa etdiyi, ən müasir standartlara cavab verən Diaqnostika-Müalicə Mərkəzinin ümumi sahəsi 1385 kvadratmetrdir. Zirzəmi qatından və beş mərtəbədən ibarət bu səhiyyə müəssisəsi dünyanın qabaqcıl ölkələrində ən son texnologiyalar əsasında istehsal edilmiş cihaz və avadanlıqla, o cümlədən süni böyrək aparatı ilə təchiz olunmuşdur. Burada ən mürəkkəb, o cümlədən mikrocərrahiyyə əməliyyatlarının aparılması mümkündür.
Mərkəzdə 350 nəfər daimi iş yeri ilə təmin olunmuşdur.
Diaqnostika-Müalicə Mərkəzinin istifadəyə verilməsinə həsr olunmuş mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açdı.