Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda iqtisadi, mədəni və sosial rifahın təmin olunması, ordu quruculuğu sahəsində görülən işlər ardıcıl xarakter alıb

Naxçıvan, 8 yanvar, AZƏRTAC

Heydər Əliyev ideyalarına sədaqətin, Vətənə, yurda bağlılığın nümunəsi olan Naxçıvanda bütün sahələrdə böyük nailiyyətlər əldə edilib. Muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə infrastrukturun qurulması, dövlət proqramlarının uğurlu icrası yeni-yeni nailiyyətlərin qazanılmasına rəvac verib. Bu mənada, 2018-ci il istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni sahələrdə qazanılmış bir sıra uğurlarla yadda qalıb, ötən ilin son ayı da əlamətdar olub.

Kənd turizmi inkişaf etdirilir

Turizm üçün çox əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə mövcud imkanlardan səmərəli istifadə olunur, mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahədə görülən kompleks tədbirlərin tərkib hissəsidir. Əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəkdə yerləşən Ağbulaq yaşayış məntəqəsi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. Müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. Təkcə ötən il 1 milyon 500 min manat dəyərində yenidənqurma işləri aparılıb, 65 ev yenidən qurularaq müasir şəraitlə təmin olunub. Buna görə də Ağbulaq kəndi Turizm-İstirahət Bölgəsi kimi fəaliyyət göstərmək üçün ideal məkana çevrilib. Bölgənin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə bu qabaqcıl təcrübəni digər yaşayış məntəqələrində tətbiq etməkdən ibarətdir. Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatının keçirilməsi bu baxımdan əlamətdar hadisədir.

Təqdimat münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edən Ali Məclisin Sədri digər mühüm bir məsələyə toxunaraq deyib: “Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi internet vasitəsilə turistlərə təqdim olunacaqdır. Turistlərin Ağbulaq kəndinə gəlməsi isə turizmin canlanmasına və ölkəmizin inkişafına töhfə verəcəkdir”.

Həmin gün Ali Məclisin Sədri Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub, işlərin keyfiyyətlə görülməsi və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verib.

Onu da deyək ki, Ağbulağın gözəl təbiəti, təmiz havası və suyu, ekoloji təmiz qidaları insanların fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz amillər olduğu üçün burada hətta səhiyyə turizminin inkişafı üçün də geniş imkanlar var. Xüsusilə böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit guşədə istirahət etmək çox cəlbedicidir və Ağbulaq bu baxımdan gözəl ünvandır.

İdman sahəsində ardıcıl uğurlar qazanılır

Muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır. Bu gün muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc, o cümlədən sağlamlıq imkanları məhdud 361 nəfər məşğul olur. 2018-ci ildə muxtar respublika idmançılarının dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanması muxtar respublikada idmanın inkişafı üçün yaradılan hərtərəfli şəraitin nəticəsidir.

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə də uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının qorunması və idmanın inkişafı üçün vacib məsələlərin gündəmə gətirilməsi ilə yadda qalıb.

Ali Məclisin Sədri müşavirədə sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu olduğunu vurğulayaraq deyib: “Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda, zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər”.

Ali Məclisin Sədri Gənclər və İdman Nazirliyinə və idman federasiyalarına aidiyyəti üzrə tapşırıqlar verib, 2018-ci ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 4 məşqçi-müəllimə mükafat təqdim edib.

Ulu Öndərimizin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında daim yad edilir

Tarixi xilaskarlıq missiyasını həyata keçirərək muxtar respublikamızı və ölkəmizi qaranlıqlardan, təhlükələr girdabından qurtaran, aydınlığa çıxaran ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim yad edilir, müstəqil Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Hər il olduğu kimi, ötən il dekabrın 12-də də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında yad edilib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib, Heydər Əliyev Muzeyinə gələrək görkəmli dövlət xadiminin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirdi

Qədim Naxçıvan İslam və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən bir diyardır. Naxçıvan tarixin bütün dövrlərində İslam və türk dünyasına, ümumilikdə isə bəşər tarixinə böyük töhfələr verib, görkəmli şəxsiyyətlər bəxş edib. Bu gün muxtar respublikadakı türk-İslam abidələri bu zəngin tarixi keçmişi bir daha göstərir. Buna görə də İslam və türk mədəniyyətlərinin dünya səviyyəsində təbliğində yaxından iştirak edən beynəlxalq təşkilatlar Naxçıvana xüsusi diqqət yetirirlər.

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Əminə Əl-Həcri və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini, İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirib, Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə də müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı sahəsində potensialın olduğunu bildirib.

Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin Sədrinə TÜRKSOY-un “25-ci il Xatirə Medalı”nı təqdim edib.

Müxtəlif mədəniyyətlərin kəsişdiyi, geostrateji baxımdan çox əhəmiyyətli bir məkanda yerləşən Naxçıvan qədim sivilizasiyanın şanlı varisi kimi ötən il İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirdi. Bütün bunlar bir daha onu göstərdi ki, Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı bir məkandır. Ali Məclisin Sədrinin dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulmuş, türk-İslam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktorunun müavini Əminə Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbirində iştirak ediblər.

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycanın inkişafı Türkiyənin inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə Ərzurum vilayəti arasındakı münasibətlərin tarixinə diqqəti çəkən muxtar respublika rəhbəri qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Muxtar respublikanın bütün bölgələri abadlaşır, inkişaf edir

Bu gün muxtar respublikanın bütün bölgələri abadlaşır, inkişaf edir, gözəl yollar, gözoxşayan binalar, yeni-yeni sosial obyektlər tikilib istifadəyə verilir. Şahbuz da müasir infrastruktura malik olan rayona çevrilib. Həyata keçirilən infrastruktur layihələri, xüsusilə içməli su və kanalizasiya sistemlərinin qurulması rayon əhalisinə göstərilən qayğının daha bir ifadəsidir. 15 minə yaxın əhaliyə xidmət göstərən yeni sistem gələcəkdə əhali artımı da nəzərə alınmaqla uzun illər istismar olunacaq. Təmizləyici qurğunun istifadəyə verilməsi 100 milyon kubmetr həcmi olan Heydər Əliyev Su Anbarının çirklənməsinin qarşısını alacaq, eyni zamanda, su anbarında balıqçılığın inkişafı üçün problemlər yaranmayacaq. Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində və təmizləyici qurğunun ətrafında aparılacaq yaşıllaşdırma tədbirlərinin layihəsinə baxıb, müvafiq tapşırıqlar verib.

Azərbaycanın tarixi keçmişinə göstərilən diqqətin növbəti nümunəsi

Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində də mühüm işlər görülür. Ali Məclisin Sədrinin dediyi kimi: “Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini özündə yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır”. Muxtar respublikada yeni muzeylərin yaradılması, muzey fondlarının zənginləşdirilməsi və internet saytlarının istifadəyə verilməsi də tariximizin təbliğinə, onun gələcək nəsillərə çatdırılmasına xidmət edir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 30 muzeydən 17-si son 20 ildə yaradılıb. Dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 4 mərtəbədən ibarət olan yeni binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, Şərur rayonunun tarixinin muxtar respublika tarixinin bir hissəsi kimi öyrəniləcəyinə və qorunub saxlanılacağına əminliyini bildirib, muzey işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla zənginləşdirilib. Bu gün muzeyin fondunda 7 mindən artıq eksponatın olması Şərur rayonunun qədim tarixə və zəngin mədəniyyətə malik olmasının göstəricisidir. Rayonda Qazma mağarası, Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində bütün tarixi inkişaf dövrlərinə aid eksponatlar mövcuddur.

Vətənimizin müdafiəsi zamanı sağlamlığını itirənlər, şəhid ailələri diqqət mərkəzindədir

Muxtar respublikamızda Vətənimizin müdafiəsi zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə kömək göstərilir. Görülən işlərin davamı olaraq, dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ-Lifan 320” markalı minik avtomobili verilib.

Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.

Yaradılan şərait, göstərilən qayğı Naxçıvan teatrının inkişafına yol açıb

Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

Ali Məclisin Sədri tamaşaya baxıb, sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb, uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan teatrında çox dəyərli əsərlər tamaşaya qoyulmuşdur. Bu gün təqdim olunan “Xəyyam” tamaşası da uğurlu alınmışdır. Fəlsəfi dram əsərlərinin səhnəyə qoyulması üçün rejissor işi və aktyor sənəti mühüm amildir. “Xəyyam” tamaşasında da uğurlu və yaradıcı rejissor işi və aktyor sənəti vardır. Aktyorların çox hissəsinin gənc olmasına baxmayaraq, səhnədə bunu hiss etmək mümkün deyildi. Rollar məharətlə ifa olunurdu. Bütün bunlar istedadla yanaşı, həm də sənətə olan sevginin nəticəsidir”.

Ali Məclisin Sədri yaradıcı kollektivə bir daha təşəkkürünü bildirib, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Sosial-iqtisadi və ictimai-mədəni həyatda yeni-yeni uğurlar əldə edilir

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən il də inkişaf və sabitlik ünvanına çevrilən, İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı adını şərəflə daşıyan Naxçıvanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya növbəti səfəri və bu zaman əhəmiyyətli infrastruktur obyektlərinin istifadəyə verilməsi 2018-ci ilin ən mühüm hadisəsi olub. Naxçıvanda ötən il bütün sahələrdə inkişaf təmin olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb, enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Təsadüfi deyil ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ümumi daxili məhsulun həcmi artaraq 2 milyard 422 milyon manata yaxın olub. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşüb ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir. Göstərilən maliyyə dəstəyi sayəsində ötən il muxtar respublikada 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. İstehsal edilən sənaye məhsulunun həcmi artaraq 900 milyon manata yaxın olub. Görülən tədbirlər kənd təsərrüfatının inkişafına da öz təsirini göstərib, muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 4 faiz çoxdur. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsində bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşlarının həcmi artaraq 927 milyon 993 min manat təşkil edib. İnvestisiya qoyuluşlarının 93 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub. Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin edib, 7 kənd və 7 xidmət mərkəzi, Babək rayonunda bir yaşayış binası tikilərək istifadəyə verilib.

Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində bu faktları qeyd edən Ali Məclisin Sədri deyib: “Heç şübhəsiz ki, bu uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və çəkilən zəhmət sayəsində nail olunmuşdur”.

Sessiyada 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili kimi qəbul olunub.

Ordu quruculuğu siyasəti uğurla davam etdirilir

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordunun silah arsenalı və maddi-texniki təminatı gücləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da artırılır. Məhz buna görə də 2018-ci il Naxçıvanın şanlı hərb tarixinə qızıl hərflərlə yazılıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu 1992-ci ildə işğal olunmuş Günnüt kəndinə və ətraf ərazilərə, ümumilikdə, 11 min hektar sahəyə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb.

Bu gün muxtar respublikadakı hərbi hissələrdə də infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi infrastrukturun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlərin davamıdır.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri binada yaradılan şəraitlə və xidmətin təşkili ilə maraqlanıb, ön xətdə xidmətin təşkili və döyüş növbətçiliyinin aparılması ilə bağlı tapşırıqlar verib.

Həmin gün Ali Məclisin Sədri Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksinin də açılışında iştirak edib.

Ali Məclisin Sədri şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, o cümlədən əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Bu gün muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Muxtar respublikanın ərazisi etibarlı qorunur, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinin döyüş qabiliyyətini artırmaq üçün tədbirlər görülür, hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər keçirilir, əsgərlərin yaşayış şəraiti yaxşılaşdırılır. Gərməçataq və Buzqov kənd¬lərində əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır”.

Ali Məclisin Sədri xidmətin nümunəvi təşkilində komandir heyətinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, şəxsi heyət arasındakı birliyin daha da möhkəmləndirilməsi və yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.

Əldə olunan nailiyyətlər 2019-cu ildə də inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat verir

Muxtar respublikada bütün sahələr üzrə əldə olunan nailiyyətlər 2019-cu ildə də inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat verir, birlik və həmrəyliyi daha da möhkəmləndirir. Sürətli inkişafın, dayanıqlı sabitliyin, monolit birliyin nəticəsidir ki, dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini böyük ruh yüksəkliyi və bayram gəzintisi ilə qeyd ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb. Bu, el-obaya, yurda bağlılığın misilsiz nümunəsini göstərən naxçıvanlıların həm də 2018-ci ili uğurla yola saldıqlarını və 2019-cu ildə yeni-yeni nailiyyətlər qazanmaq əzmində olduqlarını ifadə edirdi. Muxtar respublikada elmi əsaslara söykənən böyük quruculuq siyasəti də buna geniş imkanlar açır.

Naxçıvanın 30 ilə yaxın bir dövrdə blokadada olmasına baxmayaraq, vətənpərvərliklə görülən işlər onu beynəlxalq tədbirlərin keçirildiyi mühüm informasiya məkanına çevirib. Prezident İlham Əliyevin sədri olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının 2017-ci və 2018-ci illər üçün hazırladığı illik investisiya reytinqi üzrə Naxçıvan Muxtar Respublikasının iki dəfə ard-arda lider olması da doğma diyarımızda iqtisadi, mədəni və sosial rifahın təmin edilməsi sahələrində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Bu, həm də muxtar respublikamızda görülən işlərə Azərbaycan dövlətinin göstərdiyi böyük diqqətin, verilən yüksək qiymətin növbəti nümunəsidir.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur