Naxçıvanda qoşunlarımızın növbəti komanda-qərargah təlimi başlayır
Naxçıvan, 16 may, AZƏRTAC
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq, mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.
Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.