Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Naxçıvan, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək deyib: Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir.”

Ali Məclisin Sədri deyib: Bu gün ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası ölkəmizin intellektual potensialının yüksəlişinə öz töhfəsini verir. Artıq Azərbaycan dünyada təkcə sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə kimi yox, həm də elm və təhsil ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu əsas vəzifələr sırasındadır. İstər ümumtəhsil, peşə, istərsə də orta ixtisas və ali təhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən, formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirib. Ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə quraşdırılmış, şagirdlərin istifadəsinə zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələri verilmişdir. Təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir. Bu il də muxtar respublikadan ali məktəblərə qəbul göstəricilərində artım dinamikasına nail olunmuş, 331 məzun 500-700 arasında bal toplamışdır.

Ali Məclisin Sədri deyib: Dövlətin məqsədi ondan ibarətdir ki, yaradılmış müasir təhsil şəraitindən istifadə edən gənclər düzgün həyat yolu seçsinlər. Çünki yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”.

“Ulu Öndərimizin müəyyənləşdirdiyi vəzifələr vətənə layiqincə xidmət etməyin və əsl vətəndaş kimi yetişməyin yoludur. Hər bir gənc harada təhsil almasından, yaşamasından və işləməsindən asılı olmayaraq ölkəmiz haqqında düşünməli, öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçməlidir”, - deyən Ali Məclisin Sədri bu yolda tələbələrə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, müstəqillik illərində 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəsi olanlar tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində, qabaqcıl təcrübənin öyrənilməsində, informasiya texnologiyalarından istifadə bacarıqlarının və biliklərinin artırılmasında mühüm rol oynayır.

Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir şəraitin nəticəsidir ki, ümumtəhsil məktəblərinin məzunları həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 2017-2018-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2803 məzun bitirib. Məzunların 2307-si ali məktəblərə sənəd verib ki, bu da məktəbi bitirənlərin 82,3 faizini təşkil edir. Qəbul üçün sənəd verən məzunların 1062-ni və ya 46 faizini qızlar, 1245-ni və ya 54 faizini isə oğlanlar təşkil edib. Bu il orta ixtisas məktəblərinə də sənədvermədə artım olub, ümumi orta təhsil bazasından 1185, tam orta təhsil bazasından 328 olmaqla ümumilikdə 1513 nəfər orta ixtisas məktəblərinə sənəd verib ki, bu da ötən ilin göstəricisindən 13 faiz çoxdur. Muxtar respublikada hərbi təhsilə maraq ildən-ilə artır. 2018-ci ildə muxtar respublikanın 171 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 490 şagird sənəd verib, onlardan 29-u qəbul olub. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 388, Qızlar Liseyinə isə 213 şagird sənəd verib. İmtahanın nəticələrinə əsasən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olub. 2018-ci ilin məzunlarından 1542-si ali təhsil müəssisələrinə qəbul olub. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Ümumilikdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1750 məzun qəbul olub ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 60 faizini təşkil edir.

Abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2018-ci ildə 1170 nəfər, yaxud qəbul olanların 76 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər ki, onlardan da 744-ü Naxçıvan Dövlət Universitetinə, 215-i “Naxçıvan” Universitetinə, 211-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. Tələbə adını qazanan məzunlardan 19-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Bu il qəbul imtahanlarında məzunların 331-i 500-700 arası bal toplayıb ki, bu da ötən illə müqayisədə 42 nəfər, yaxud 15 faiz çoxdur. Ali təhsil müəssisələrinə qəbul prosesində yüksək nəticələrə nail olanların 190 nəfərini, yaxud 57 faizini qızlar, 141 nəfərini, yaxud 43 faizini isə oğlanlar təşkil edir. Yüksək bal toplayan abituriyentlərin 71-i Naxçıvan şəhər, 51-i Şərur, 35-i Babək, 37-si Ordubad, 40-ı Culfa, 15-i Kəngərli, 18-i Şahbuz, 10-u Sədərək rayonunun, 54-ü isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 108 məktəbinin məzunları 500-700 arası yüksək nəticə göstərmişdirsə, bu il bu nəticə artaraq 118-ə çatıb. Yüksək bal toplayan abituriyentlərin keyfiyyət göstəricisində əvvəlki illə müqayisədə artım olub. Belə ki, ötən tədris ilində 600-700 intervalında nəticə göstərənlərin sayı 30 faiz artaraq 77 nəfərdən 100-ə, 500-600 intervalında nəticə göstərənlərin sayı isə artaraq 212-dən 231-ə yüksəlib. Həmçinin əvvəlki ildə 500-700 arası bal toplayan məzunlardan 165-i muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük veriblərsə, cari ildə bu göstərici artaraq 182 nəfər olub. 2017-2018-ci tədris ilində məzunlardan 13-ü qızıl, 11-i gümüş medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, qızıl və gümüş medallara layiq görülənlər qəbul imtahanlarında 620-695, fərqlənmə attestatına layiq görülənlər isə 500-700 arası bal toplayıblar.

Təhsil naziri deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Həmçinin bu ildən etibarən pedaqoji kadrların işə qəbulu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilir ki, bu da ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatında əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması və bu prosesin şəffaf həyata keçirilməsində mühüm rol oynamaqdadır.

Valideyn Məryəm Hüseynova çıxış edərək deyib: Müəllimi olduğum Naxçıvan şəhər 17 nömrəli tam orta məktəb 2012-ci ildə yenidən qurulub, müasir tədrisin tələblərinə uyğun infrastruktur yaradılıb. 2017-2018-ci tədris ilində məktəbimizi bitirən şagirdlərdən 1-i gümüş medal, 1-i fərqlənmə attestatı alıb, 15-i ali təhsil müəssisələrinə qəbul olub. Qəbul imtahanlarında şagirdlərimizdən 3-ü 600-dən, 1-i 500-dən yuxarı bal toplayıb. Məktəbimizin şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbulda muxtar respublika üzrə ən yüksək bal toplayaraq liseyin kursantı adını qazanıb. Muxtar respublikada həyata keçirilən təhsil siyasəti gənclərimizin işıqlı gələcəyinə stimul yaradıb. Hər il ali məktəblərə qəbulda yüksək bal toplayan tələbələrə qayğı göstərməyiniz, onlarla görüşünüz övladlarımızı daha yaxşı oxumağa ruhlandırır, müəllim və valideynlərdə isə sabaha cavabdehlik hissini daha da artırır. Bu gün mən çox sevinirəm ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq övladım tam orta məktəbi gümüş medalla bitirib, 654 bal toplayıb və Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanıb. Ötən il isə digər övladım fərqlənmə attestatı alaraq 629 bal toplayıb və Naxçıvan Dövlət Universitetinə qəbul olub. İstənilən valideyn üçün bundan böyük bir xoşbəxtlik, bundan böyük sevinc ola bilməz.

Məryəm Hüseynova yaradılan təhsil şəraitinə görə bütün valideynlər və müəllimlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Qəbul imtahanlarında 695 bal toplamış tələbə Millət Hacıyev deyib: Vətəninin, xalqının tərəqqisi üçün əzmkarlıqla fəaliyyət göstərən rəhbərlə görüş hər bir gəncin arzusudur. Bu gün biz gənclər sevinirik ki, ən böyük arzumuza çatmışıq və qurucu rəhbərlə görüşürük. Gənc nəslə qayğının ifadəsidir ki, biz muxtar respublikada ən müasir maddi-texniki bazaya və zəngin kitabxanalara malik olan, informasiya texnologiyaları və elektron tədris vəsaitləri ilə təchiz edilmiş təhsil müəssisələrində yüksək biliklərə yiyələnərək tələbə adını qazanmışıq. Digər yoldaşlarım kimi öz məsuliyyətimi başa düşmüş, qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olunmuşam. Məktəbdə oxuduğum illərdə mənə verilən təhsilin dəyəri təkcə qəbul imtahanında topladığım yüksək bal ilə ölçülmür, həm də Azərbaycana layiqli vətəndaş kimi formalaşmağım ilə birbaşa bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın xoşbəxt gələcəyi üçün gənclər layiqli Azərbaycan vətəndaşı adını şərəflə daşımalıdır, öz ölkəsinin, millətinin, xalqının vətənpərvər övladı olmalıdır”. Bu müdrik fikirlər gənclərdə yüksək amallar formalaşdırır, gələcəkdə hansı sahədə çalışmağımızdan asılı olmayaraq Azərbaycanımızı ümummilli liderimiz Heydər Əliyev kimi sevməyə, Vətənimizə, xalqımıza fədakarlıqla xidmət göstərməyə ruhlandırır. Tələbə Millət Hacıyev Naxçıvan gəncliyinin inkişafına göstərdiyi qayğıya görə ali məktəblərə qəbulda yüksək bal toplamış bütün tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışı və pul mükafatı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır