Nazir: Bu vaxtadək İtaliyada 122 milyon vaksinasiya sertifikatı verilib
Roma, 11 noyabr, AZƏRTAC
Dekabrın 1-dən etibarən İtaliyada yaşı 40-60 arasında olanlara COVID-19 infeksiyası əleyhinə üçüncü doza peyvəndin tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.
Nazir qeyd edib ki, üçüncü doza vaksin səhiyyə işçiləri üçün məcburi qaydada tətbiq olunacaq. Hazırda peyvəndin birinci dozasını qəbul edənlər ölkə əhalisinin 86,62 faizini, hər iki dozanı vurduranlar isə 83,77 faizini təşkil edir.
Xatırladaq ki, sentyabrın 20-dən İtaliyada tətbiqinə başlanılan üçüncü doza peyvənd əsasən yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlara vurulur.
R.Speranza bildirib ki, indiyədək ölkədə 122 milyon “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksinasiya sertifikatı) verilib.
Qeyd edək ki, İtaliyada vaksinasiya sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun oktyabrın 15-dən qüvvəyə minib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]