Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir
Bakı, 22 oktyabr, AZƏRTAC
Qızların təhsili yalnız ayrı-ayrı fərd olaraq qadınların təhsili deyil, ümumilikdə bir cəmiyyətin təhsil sisteminin ən vacib amillərindən biridir. Çünki məhz təhsilli qız gələcəkdə təhsilli ana deməkdir. Növbəti mərhələlərdə məhz öz övladlarının daha təhsilli və müstəqil vətəndaş kimi şəxsi inkişafında həmin anaların müstəsna rolları var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Elm və Təhsil naziri Emin Əmrullayev “Qızların Təhsilinə Dəstək 2026” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində çıxış edərkən deyib.
Nazir qeyd edib ki, bu gün qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə təhsil sisteminin və cəmiyyətin geniş anlamda inkişafı deməkdir. Yəni universitet yalnız qısa müddətdə bir insanın həyatını dəyişmir, həm də növbəti nəsillərdə, mərhələlərdə daha çox insanın həyatına təsir edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:48]
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
- 27.10.2026 [11:17]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi
- 27.10.2026 [10:54]
TAU-da seminar: Oksford və Bilkent məzunu təcrübəsini tələbələrlə bölüşüb
- 26.10.2026 [19:11]
AMEA Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə əməkdaşlığa başlayır
- 26.10.2026 [19:05]
İrlandiyalı professor AzTU-da mühazirə oxuyub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]