Nazir Rəşad Nəbiyev İmişlidə vətəndaşları qəbul edəcək
Bakı, 3 fevral, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 8-i saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon sakinlərini qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək. Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula yazılmaq üçün fevralın 7-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:43]
Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
- 13.10.2026 [11:06]
Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
- 13.10.2026 [10:17]
Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular
- 12.10.2026 [20:44]