NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev ölkəmizdə səfərdə olan Moldova Elmlər Akademiyasının prezidenti Georgi Dukan ilə görüşmüşdür.
Söhbət zamanı hər iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir. Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Elmlər Akademiyasında islahatlar aparmaq üçün xüsusi komissiya yaradıldığı və artıq bu istiqamətdə işlərin başlandığı barədə məlumat vermiş, qarşıda duran mühüm vəzifələrdən danışmışdır.
Qonaq Azərbaycanda elm sahəsinə dövlətin diqqət və qayğısını yüksək qiymətləndirmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı tədbirlərdə böyük məmnuniyyətlə iştirak edəcəyini bildirmişdir.
Səmimi və işgüzarlıq şəraitində keçən görüşdə Azərbaycan MEA-nın prezidenti Mahmud Kərimov iştirak etmişdir.