NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
İyulun 12-də Azərbaycanın baş naziri Artur Rasizadə Avstriya Respublikasının federal daxili işlər naziri Ernst Ştrasserin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Baş nazir qonaqları salamlayaraq, Azərbaycanla Avstriya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edərək, bu əlaqələri genişləndirməyin, Avstriyanın müxtəlif profilli şirkətlərinin ölkəmizin iqtisadi həyatında iştirakını gücləndirməyin zəruriliyini vurğuladı. Artur Rasizadə ölkəmizdə aparılan iqtisadi islahatlardan, ümumi daxili məhsulun artım göstəricilərinin ildən-ilə yüksəldiyindən danışaraq dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması, Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi respublikamız üçün başlıca problem olaraq qalır. Baş nazir Azərbaycanın və Avstriyanın daxili işlər nazirlikləri arasında əməkdaşlığın səviyyəsindən razılığını bildirdi. Ernst Ştrasser dedi ki, Avstriya Avropa ilə Asiyanın qovuşuğunda əlverişli coğrafi-strateji mövqedə yerləşən Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bu, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə fəaliyyətimizi əlaqələndirməyə imkan verər. Qəbulda Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydemariya Gürer iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [16:19]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]