NEFT FONDUNDA QAZAXISTAN MİLLİ BANKININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Bakıda səfərdə olan Qazaxıstan Milli Bankının müavini Daniyar Akişevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
ARDNF-dən bildirmişlər ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanın pul-kredit siyasəti, mövcud bank sistemi, Neft Fondunun fəaliyyəti sahəsində təcrübəsini öyrənməkdir. Səfər zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud ticarət və iqtisadi əlaqələrin də müzakirə edilməsi nəzərdə tutulmuşdur.
ARDNF-in icraçı direktoru Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə ölkəmizdə aparılan iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]