NEFT HASILATI ÜZRƏ PROQNOZA 102,8 FAİZ ƏMƏL EDİLMİŞDİR
Bu ilin yanvar-aprel aylarında isə ьmumildikdə 2 959,97 min ton (102,3 faiz) neft hasil olunub. Bunun 2 611,33 min tonu NQÇİ-lərin, 348,64 min tonu MM-lər və ƏŞ-lərin hesabına ödənilib. Halbuki цtən ilin müvafiq aylarında 2 961,2 min ton neft hasil olunub. Bu il neft hasilatı üzrə proqnoz cəmi 8,8 milyon ton nəzərdə tutulub və bunun 7,746 milyon tonu NQÇİ-lərin, 1,054 milyon tonu isə MM-lər və ƏŞ-lərin hesabına ödənilməlidir.
Bundan başqa, ötən ay ARDNŞ tərəfindən nəzərdə tutulan 717,06 min tona qarşı 732,02 min ton neft təhvil verilib və proqnoza 102,1 faiz əməl edilib. Bunun 648,66 min tonu (102,8 faiz) NQÇİ-lərin, 83,36 min tonu (96,8 faiz) MM-lər və ƏŞ-lərin hesabına ödənilib.
Cari ilin ilk dörd ayında 2 922,61 min ton (101,9 faiz) neft təhvil verilib. Цtən ilin müvafiq dövründə isə cəmi 2 926,7 min ton neft təhvil verilib ki, bunun 2 584,4 min tonu NQÇİ-lərin, 342,3 min tonu MM-lər və ƏŞ-lərin payına düşüb. Qeyd edək ki, neftin təhvili üzrə proqnoz 2006-cı il üçün cəmi 8 720 min tondur. Bunun 7 676 min tonu NQÇİ-lərin, 1 044 min tonu MM-lər və ƏŞ-lərin payına düşür.