“Neftçi”nin baş məşqçisi: İstərdik ki, Premyer Liqa təmsilçilərinin qadın komandaları da Qızlar Liqasında mübarizə aparasın
Bakı, 15 may, AZƏRTAC
Ardıcıl olaraq üçüncü dəfə çempion olmaq ciddi uğurdur. Bunun arxasında böyük əziyyət durur. Futbolçularla qürur duyuram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət “Neftçi” komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis bildirib ki, zirvəyə birdən-birə qalxmaq olmur: “Biz addım-addım gedirik. Düşünürəm ki, Azərbaycan qadın futbolu gələcəkdə daha uğurlu nəticələr qazana biləcək”.
O, Yüksək Qızlar Liqasında inkişaf olduğunu söyləyib: “Ötən ildən fərqli olaraq bu il komanda sayı 6-dan 12-yə qalxdı. Daha keyfiyyətli komandalar üzə çıxdı. Məsələn, bura “Sabah”, “Liman” və “Şəfa” kimi yaxşı komandaları aid etmək olar. Bu mövsüm gənc oyunçulara üstünlük verildi. İstərdik ki, Premyer Liqada çıxış edən kişi klubların qadın komandaları da Qızlar Liqasında mübarizə aparsın”.
“Neftçi” növbəti mövsümdə Azərbaycanı qadın futbolçular arasında UEFA Çempionlar Liqasında təmsil edəcək. Siyasət Əsgərovun sözlərinə görə, reytinq aşağı olduğu üçün nüfuzlu turnirin ilk mərhələsində güclü komandalarla qarşılaşmalı olurlar: “Püşkatmada bəxt üzümüzə gülsə, növbəti raunda yüksələ bilərik”.
Qeyd edək ki, “Neftçi” Yüksək Qızlar Liqasında sona 2 tur qalmış çempionluğu təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [12:23]
Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olunub
- 17.05.2026 [11:56]
"Sabah" basketbol klubunun yeni baş məşqçisi məlum olub
- 17.05.2026 [10:15]
Premyer Liqa: “Neftçi” çempiona, “Zirə” “Sumqayıt”a qarşı
- 16.05.2026 [20:11]
"Mançester Siti" İngiltərə Kubokuna sahib çıxıb
- 16.05.2026 [19:46]
Bundesliqaya yekun vuruldu: “Bavariya” 35-ci çempionluğunu bayram edir
- 16.05.2026 [18:55]
"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında
- 16.05.2026 [18:17]