Nepalda qasırğa: azı 29 nəfər həlak olub, 600 insan xəsarət alıb
Bakı, 1 aprel, AZƏRTAC
Nepalın cənubunda yerləşən Bara və Parsa rayonlarında qasırğa nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb, 600 nəfər isə xəsarət alıb.
AZƏRTAC “Himalayan Times” nəşrinə istinadla xəbər verir ki, ölkənin Baş naziri Khadqa Prasad Şarma Oli təbii fəlakətin miqyasını yerində qiymətləndirmək üçün Bara rayonuna gedib.
Qasırğa yüzlərlə evə və elektrik naqillərinə zərər vurub, küləyin aşırdığı ağaclar yolları və şoseləri bağlayıb. Nepal ordusunun iki taboru və silahlı polis qüvvələri xilasetmə əməliyyatına cəlb edilib.
Qeyd edək ki, martın 31-də axşam saatlarında Nepalın cənubunda yerləşən Bara və Parsa rayonları güclü küləyin və leysan yağışlarının təsirinə məruz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]