Nərimanov rayonundakı 45 nömrəli məktəbdə yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar tədbir keçirilib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli Avtomobil Klubu, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST), Baş Dövlət Yol Polisi və Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində paytaxtın Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi əhalinin və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 kilomaetr/saata endirilməsinin vacibliyi və bu sahədə maarfiləndirmə işi aparmaqdan ibarət olub.
Tədbir zamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məktəblilərin yol hərəkəti təhlükəsizliyi barədə biliklərini öyrənib, valideynlərə və piyadalara yollarda daha ehtiyatlı olmağı, piyada keçidlərindən istifadə etməyi məsləhət görüb.
Valideynlər məktəb ətrafında sürət, infrastruktur, yol nişanlanması və yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar mövcud vəziyyət və bu sahədəki problemlərlə əlaqədar fikirlərini ifadə ediblər.