Nicat Şıxəlizadə "Rio-2016"da mübarizəni dayandırıb [YENİLƏNİB]
Cüdoçumuz Nicat Şıxəlizadə İtaliya idmançısı Fabio Basileyə məğlub olaraq Olimpiadada iştirakını başa vurub.
18:00
Bakı, 7 avqust, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Nicat Şıxəlizadə ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, cüdoçumuz İspaniya təmsilçisi Suqoi Uriarteyə qalib gəlib.
İdmançımızın növbəti rəqibi İtaliya idmançısı Fabio Basile olacaq.