İDMAN
Niderland gimnastı: Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi doğru qərar olub
Bakı, 21 iyun, Həsrət Mahmudova, Raisa Abbasova, AZƏRTAC
Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi doğru qərar olub. Məncə, heç bir ölkə Avropa Oyunlarını bu cür yüksək səviyyədə təşkil edə bilməzdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunlarında Niderlandı təmsil edən idmançı Kasimir Şmidt söyləyib.
O, Bakıda idmançılara yüksək diqqət və qayğı göstərildiyini, Atletlər Kəndində onlar üçün hər cür şərait yaradıldığını vurğulayıb: “Təşkilatçılıq səviyyəsi göz önündədir. Burada hər şey dəqiqliklə düşünülüb.”
Niderlandlı idmançı deyib: “Bakı haqqında eşitmişdim. Ancaq bu cür gözəl təsəvvür etmirdim. Həqiqətən də, şəhərinizdə qədimliklə müasirlik vəhdət təşkil edir ki, bu da insanda xoş təəssüratlar yaradır”.