Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Cable” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, səlahiyyətlilər virusa yoluxduğu təsdiqlənən xəstə ilə təmasda olmuş 44 nəfəri müəyyən ediblər. Yoluxmuş şəxs Uqandadan təyyarə ilə Nigeriyaya gələn qadındır. Hazırda o, ölkənin paytaxtı Abucadakı özəl klinikalardan birində tibbi yardım alır.
Nigeriya hökuməti milli səhiyyə sisteminin bütün qurumlarını “Ebola” virusunun yayılmasının qarşısını almaq məqsədilə maksimum sayıqlıq nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, “Ebola” epidemiyası 2026-cı ilin may ayında Konqo Demokratik Respublikasında (KDR) başlayıb və ölkə tarixində ən böyük epidemiyaya çevrilib. Son məlumatlara əsasən, ölkə üzrə 9,4 mindən çox yoluxma və 4,5 mindən çox ölüm halı qeydə alınıb. Xəstəlik KDR-nin səkkiz əyalətinə yayılıb.
Keniyada da “Ebola” virusuna doqquz yoluxma halı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:02]
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
- 27.10.2026 [11:59]
Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
Главные новости к этому часу
- [12:01]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]