İDMAN
Nikolo Kampriani: Bakıda yeni mühitlə qarşılaşacağım üçün çox həyəcanlıyam
Roma, 11 iyun, AZƏRTAC
İtaliyanı “Bakı-2015”də atıcılıq idman növü üzrə təmsil edəcək Nikolo Kampriani ölkəmizə yola düşməzdən əvvəl ilk Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Bakıda yeni mühitlə qarşılaşacağım üçün çox həyəcanlıyam. Digər idmançılar kimi mən də bu şəhərə medal qazanmaq üçün gedirəm”.
“Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi N.Kampriani bildirib: “Bakı bu yarışlar vasitəsilə özünü dünyaya daha yaxından tanıda biləcək. Bu şəhərdə yarışlar üçün möhtəşəm infrastruktur yaradılıb. Bakıda yarışacağım üçün çox şadam. Azərbaycan haqqında artıq məlumatlıyıq. Sürətlə inkişaf edən bu ölkə neft və qaz sahəsində böyük potensiala malikdir”.
Xatırladaq ki, “London-2012” Olimpiya Oyunlarında atıcılıq üzrə ilk yarışda 2 Olimpiya rekorduna imza atan, ikinci yarışda isə Olimpiya rekordunu təkrarlayan N.Kampriani bir qızıl və bir gümüş medal qazanıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma