“NİSSAN MOTOR” AVTOMOBİLLƏRƏ İNFRAQIRMIZI SENSORLAR QOYUR
Yaponiyanın “Nissan motor” avtomobil şirkəti sürücülərin qaranlıqda qəfildən yolun hərəkət hissəsinə çıxan və ya vizual nəzarətin mümkün olmadığı “ölü zonalar”da olan piyadaları görməsinə məkan verən infraqırmızı sensorlar yaratmışdır. Şirkətin nümayəndəsi İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, yeni cihazlar minik maşınlarına 2004-cü ildən qoyulmağa başlanacaqdır.
İnfraqırmızı skannerlər insanın bədənindən çıxan istini 50 metr məsafədən hiss etməyə qadirdir. Skannerlər ön və arxa faraların yanında qoyulur, “istilik obyekti”nin təsviri isə avtomobilin salonundakı ekrana ötürülür. Son vaxtlaradək bu cür sensorlardan əsasən hərbi məqsədlər üçün istifadə edilirdi, özü də onlardan bəzilərinin dəyəri yüz minlərlə dollar məbləğindədir.
Skannerin daha az təkmil olan məişət analoqunu yaratmaq sahəsində ilk addımı bu yaxınlarda “Ceneral motors” şirkəti atmışdı, lakin onun məhsulu adi istehlakçı üçün kifayət qədər baha - təxminən 3 min dollaradır.
“Nissan motor” iddia edir ki, ən səmərəli texnologiya yaratmış və bununla da qiyməti 400-500 dollar səviyyəsinə salmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]