Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvinin “Yeddi gözəl”indən seçmələr ilk dəfə slovak dilində nəşr olunub

Bakı, 29 aprel, AZƏRTAC

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tərcümə olunduğu dünya dillərinin sırasına daha biri əlavə edilib. İndiyədək mütəfəkkir Nizaminin “Xəmsə”sinin bədii gözəlliklərini çex oxucularına çatdıran çoxlu tərcümələr olsa da, hələ ki, slovak dilində şairin əsərləri geniş həcmdə oxuculara təqdim edilməmişdi.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Bratislavada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümədə nəşr edilib. Yuray Şramkonun nəfis tərtibatında Slovakiyanın məşhur “İkar” nəşr evi tərəfindən buraxılmış bu kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər də daxil edilib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius Universiteti, Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. “Çesta laski” - “Sevgi yolu” adı altında işıq üzü görən kitab, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır. Ön sözdə deyilir ki, bəşəriyyətin müstəsna övladlarından olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bütün əsərlərini keçmiş haqqında yazsa da, daim gələcəyə baxıb, gələcək nəsillər üçün yaradıb. O özünün də, sözünün də uzun zamanlar boyu yaşayacağına inanır, ona görə də belə yazırdı:

100 il sonra sorsan bəs o hardadır,

Hər beyti söyləyər: “Burda, burdadır!”.

Nizaminin həyatda dönə-dönə sübut olunmuş bu ümidi və ehtimalı növbəti dəfə doğrulub. İndi onun ölməz və solmaz sözləri vəfatından 800 il sonra Slovakiyada bir daha təsdiqini tapıb. Nizami Gəncəvi slovak dilində danışmağa başlayan “Yeddi gözəl”i ilə bir daha nümayiş etdirir ki, o, lap çoxdan dünya vətəndaşıdır, dünya şairidir. Azərbaycanlı olduğu qədər, həm də slovakların həmvətənidir. Çünki poeziya özü bir ayrıca Vətəndir. Özü də insanlığın tarix boyu arzuladığı bərabərlik, qardaşlıq, həmrəylik hələ ki, yalnız bu “ölkə”də - söz səltənətində bərqərardır.

Akademik Rafael Hüseynov bu qəbil tərcümə və nəşrlərin xüsusi əhəmiyyətini vurğulayaraq, Nizami poemasının tərcüməçisinin əməyini yüksək dəyərləndirərək yazır: “Öz xalqına Nizami ilə görüşün sevincini bağışlayan görkəmli slovak ədibi və tərcüməçisi Lubomir Feldek slovak dilində yazan qələm sahibləri arasında ən çox tərcümə olunan 10 yaradıcıdan biridir. Əlbəttə, 10 nəfərdən biri olmaq şərəflidir. Lakin tək və ən birinci olmaq, təbii ki, ikiqat şərəfli qismətdir. Slovakiyanın və Azərbaycanın ədəbiyyat tarixlərində tək və ən birinci olmaq haqqını Lubomir Feldek Nizami Gəncəvinin öz ana dilinə çevridiyi “Yeddi gözəl”i ilə qazanır”. Eyni zamanda, akademik Rafael Hüseynov bu uğurlu başlanğıcın davam etdirilməsini və Nizami Gəncəvinin digər məsnəvilərinin də slovak dilinə çevrilməsi istiqamətində səylərin davam etdirilməsini arzulayaraq bildirir ki, yəqin Nizami sözünün hikmətini hiss edən slovaklar ustad şairin duyğu və düşüncə xəzinəsinin digər inciləri ilə tanış olmağı mütləq arzulayacaqlar. Ümid edirik ki, Lubomir Feldekin açdığı yolla yeni tərcüməçilər irəliləyəcək, Nizaminin 5 poemadan ibarət “Xəmsə”sindən “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”ni də gec-tez slovakların poeziya səltənətinə gətirəcəklər.

Nizaminin “Yeddi gözəl”inin slovak dilində nəşrinə Azərbaycan aliminin yazdığı müqəddimədə bu da qeyd edilir ki, tərcüməçi Lubomir Feldek “Xəmsə”dən yeni tərcümələr üzərində işini davam etdirir. Bildirilir ki, orta əsrlərdən XX yüzilliyə qədər həm Şərqdə, həm Qərbdə Nizami Gəncəvidən öyrənən, onun ədəbi yadigarlarından bəhrələnən çox şairlər olub. Bu sırada böyük ingilis şairi və dramaturqu Vilyam Şeksprin də adı var. Lubomir Feldek V.Şekspirdən də slovak dilinə uğurlu tərcümələrin müəllifidir və 16 gözəl tərcümə əsərinə görə o, 2018-ci ildə “The British Ambassador’s Award” mükafatına layiq görülüb. Kim bilir, bəlkə, Nizamidən edəcəyi yeni tərcümələr slovak poeziyası və nəsrinin patriarxlarından olan Lubomir Feldekə Bakıdan azərbaycanlı dahinin ən yaxşı tədqiqatçıları, tərcüməçiləri və təbliğçilərinə verilən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nı da gətirəcəkdir?!

Akademik Rafael Hüseynov Nizami Gəncəvinin “Mən bunu söylədim, getdim, hekayət qaldı” misrasını iqtibas gətirərək “İlyas bin Yusif Nizami Gəncəvi. Sevgi yolu” kitabına ön sözünü belə yekunlaşdırır: “Onun yaratdığı hekayətlər sadəcə bir abidə kimi qalmayıb, həm də yaşayır, nəfəs alır, ürəyi döyünür, yeni-yeni pərəstişkarlar qazanır və yaşadıqca da onları söyləyib getmiş Nizamini geri qaytarır, yeni zamanlar içində yaşadır. Bu əbədi missiyanı yerinə yetirmək üçün Nizami hekayətləri indi Slovakiyaya gəlib, Nizamini burada da yaşatmaq və sevdirmək üçün gəlib!”

Nizami Gəncəvinin slovak dilində nəşr edilmiş kitabının may ayının sonlarında Bratislavada geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Memarlar İttifaqı WUF13-də iki böyük sərgi ilə təmsil olunacaq

ABŞ şirkətləri ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasını böyük maraqla gözləyirlər

Agentlik rəisi: Ötən il müəssisələrdə 14 min 992 qayda pozuntusu qeydə alınıb

Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər

Şahmat üzrə ölkə çempionatında 1/16 finalın ikinci partiyaları keçirilib

ABŞ Ticarət Palatasının baş vitse-prezidenti: Azərbaycan iqtisadiyyatının ən gözəl tərəfi onun müxtəlifliyidir

Komitə sədri: Ölkəmizə illər ərzində milyardlarla dollar həcmində xarici investisiya cəlb edilib VİDEO

Komitə sədri: Ölkəmizə illər ərzində milyardlarla dollar həcmində xarici investisiya cəlb edilib VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Müdafiə sənayesi naziri “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir

Azərbaycan neftinin qiyməti artıb

Premyer Liqa: “Qarabağ” Şamaxı səfərində, “Neftçi” “Qəbələ”yə qarşı

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Kuş Çoksi: Dünən Bakıda çox məhsuldar bir gün keçirdik VİDEO

Kuş Çoksi: Dünən Bakıda çox məhsuldar bir gün keçirdik VİDEO

“İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib

ABŞ Ticarət Palatasının baş vitse-prezidenti: Azərbaycan COP29-u çox uğurlu şəkildə təşkil etdi VİDEO

ABŞ Ticarət Palatasının baş vitse-prezidenti: Azərbaycan COP29-u çox uğurlu şəkildə təşkil etdi VİDEO

Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb

Kuş Çoksi: Azərbaycan bazarında fəaliyyət göstərməyin üstünlükləri çoxdur

Nigar Arpadarai: Azərbaycan və Türkiyə COP31-ə hazırlıq çərçivəsində əməkdaşlığı gücləndirir - ŞƏRH

Qusarda “Bənövşə gölü” su anbarında bərpa və yenidənqurma işlərinə başlanılıb

Bakı dairəvi yolunda baş verən yol qəzası sıxlığa səbəb olub

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

BMT pilotsuz nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsi üçün qlobal reqlament təqdim edib

Kuba son onilliklərin ən ağır iqtisadi böhranını yaşayır

“Diplomatic World Sweden” nəşrində Naxçıvan haqqında sənədli film təqdim olunub

A Seriyası: “Roma” qələbə qazanmaqla “Yuventus”la xallarını bərabərləşdirib

Fransada işəgötürənlərin 62 faizi namizədləri sosial şəbəkə hesablarına görə araşdırır

ABŞ-da məktəbdə atışma baş verib

“Alman Dəmir Yolları” şirkəti regional qatarlarda təhlükəsizlik tədbirlərini gücləndirmək istəyir

Mənsum İbrahimov: Arif Babayev hər zaman xalqımızın yaddaşında yaşayacaq VİDEO

Mənsum İbrahimov: Arif Babayev hər zaman xalqımızın yaddaşında yaşayacaq VİDEO

Hafiz Quliyev: Arif Babayev muğam sənətimizin əsas sütunlarından biri idi VİDEO

Hafiz Quliyev: Arif Babayev muğam sənətimizin əsas sütunlarından biri idi VİDEO

Türkiyə Superliqası: “Fənərbağça”dan inamlı qələbə

“Teatrın tarixi simaları” - Arif Babayev VİDEO

“Teatrın tarixi simaları” - Arif Babayev VİDEO

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun plenar iclası keçirilib

Nigeriyada yol qəzasında 30 nəfər ölüb

Əkbər Qoşalı: Birgə layihələr ortaq gələcək baxışın formalaşmasına xidmət edir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

Misli Premyer Liqası: “Turan Tovuz” “Karvan-Yevlax”a qalib gəlib

Aleksandr Sırski: Ukraynanın zərbələri nəticəsində Rusiyada neft emalı 19 faiz azalıb

Sahib Paşazadə: Qarşıdakı dövrdə yeni kitabların nəşri planlaşdırılır

Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir

Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Gürcüstanda iki universitetin birləşməsi qərarı ləğv edildi

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər

“Öz qəbrini qazan” kitabının təqdimatı keçirilib VİDEO

“Öz qəbrini qazan” kitabının təqdimatı keçirilib VİDEO

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu

Leyla Bəyim: “Yeddi gözəl”in musiqisi dünyanın yaranış musiqisidir

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

ABŞ Asiyadan Avropaya və əks istiqamətə uzanan tranzit yollarının inkişafında maraqlıdır - ŞƏRH

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub

İnnovativ plastır orqanizmdə antibiotik səviyyəsini izləyir – tədqiqat

Xaricdən dərman sifarişi: risklər və fəsadlar VİDEO

Xaricdən dərman sifarişi: risklər və fəsadlar VİDEO

“Qalatasaray”ın yetirməsi “Zirə”də

Azərbaycan Rusiya istehsalı olan proteinin əsas idxalçıları arasında ikinci yeri tutub

“Barselona”nın prezidenti istefa verib

Qırğızıstan Çin və TDT-yə üzv ölkələrlə yükdaşımalar üçün “e-Permit” sistemini tətbiq edib

Neft və Sənaye Universitetində “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb

Abşeron Milli Parkının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir təşkil olunub

Könül Quliyeva: Məqsədimiz "Safavy"ni insanların peşəkar inkişaf ekosisteminə çevirməkdir - MÜSAHİBƏ

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı proqramlarına dəyişiklik edilib

Azərbaycanın mexanik sertifikatı əldə edən ilk qadın dənizçisi: Güclü olmaq və özünə inanmaq vacibdir

“Arsenal”ın İngiltərə çempionu olmaq şansı 91 faizdən çoxdur

Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə

AQTİ: Qida ilə təmasda olan əməkdaşlar gigiyenik təlimlərə cəlb edilməlidirlər

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb

Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhlizlə yükdaşımaların daha səmərəli təşkilini müzakirə edib

Agentlik: Ali təhsilli 176 nəfər peşə təhsili müəssisələrinə qəbul olub

DİM sədri: İmtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” sərgisində iştirak edir

Akademik Gövhər Baxşəliyeva: Azərbaycan Prezidenti alimlərimiz qarşısında strateji vəzifələr qoyub

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM

Riad Cəbrayılov - On illik vokal sənəti, solo konsertlər və çoxsaylı layihələr VİDEO

Riad Cəbrayılov - On illik vokal sənəti, solo konsertlər və çoxsaylı layihələr VİDEO

Qazaxıstanın yeni Konstitusiyasında vətəndaşların və əcnəbilərin hüquqları dəqiq müəyyənləşdiriləcək

“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir

Cənubi Koreya miqrantlar üçün dil biliklərinin yoxlanılmasını sərtləşdirir

® “Azərbaycan HR İnstitutu” “LinkedIn”in Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya üzrə rəsmi tərəfdaşı olub

Avropa Komissiyası “Meta”ya etiraz bəyanatı göndərib

Deputat: Davamlı sülh yalnız ədalət və hüquqi məsuliyyət əsasında mümkündür ŞƏRH

BMU tələbələri növbəti dəfə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları sırasında

Azərbaycanda internet provayderlərinin vahid platforma üzərindən seçilməsi mümkün olacaq

Azərbaycan və Qazaxıstan paytaxtları arasında əməkdaşlıq genişlənir

BDU-nun “İƏT modeli klubu”nun sədri: WUF13 real dəyişikliklər üçün dönüş nöqtəsi olacaq

Qazaxıstan və Estoniya Orta Dəhliz boyunca nəqliyyatın inkişafını müzakirə ediblər

“Karar” qəzeti: Qars-Naxçıvan dəmir yolunun tikintisi tempi sürətləndirilir

T.Y.Budaqovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Telli Pənahqızı: Sözə könül verən hər bir insanın ədəbiyyat aləmində qalmaq haqqı var

Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib – Qərar