Norveç dünyanın ikinci ən bahalı ölkəsidir
Stokholm, 5 fevral, AZƏRTAC
Norveç dünyanın ikinci ən bahalı ölkəsidir.
AZƏRTAC xəbər verir ki, bunu “CEO World” işgüzar jurnalının tərtib etdiyi yeni statistik məlumatlar təsdiq edir. Burada bir sıra tədqiqatların və kütləvi informasiya vasitələrinin məlumatları əsasında 132 ölkədə həyatın səviyyəsi ölçülüb.
Təhlildə hər bir ölkə barəsində beş göstərici - həyatın qiyməti, kirayə haqqı, məhsulların qiyməti, evdən kənarda qidalanma və alıcılıq qabiliyyəti kimi göstəricilər üzrə ballar tərtib edilib. Ölkələrin həyat səviyyəsi ölçülərkən əsas meyar Nyu-York götürülüb. Hansı ölkədə həyatın Nyu-Yorkdan bahalı, yaxud ucuz olduğunu balların miqdarı göstərib. Məlum olub ki, yalnız üç ölkə həqiqətən Amerika meqapolisinin göstəricilərinə çatıb: İsveçrə (122,4), Norveç (101,43) və İslandiya (100,48). Yaponiya bu siyahıda dördüncü yerdə olub.
Beləliklə, Norveç 2020-ci ildə dünyada ikinci ən bahalı ölkə hesab edilib.
İri ölkələr arasında Böyük Britaniya 27-ci (67,28), Almaniya 29-cu (65.26), ABŞ 20-ci (71,05), və Kanada 24-cü (67,62) yerləri tutublar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]