Novruz bayramı İllinoys ştatında da qeyd edilib
Vaşinqton, 26 mart, AZƏRTAC
İllinoys ştatının Azərbaycan icmasının üzvləri Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çikaqo və ətrafında yerləşən şəhərlərdə yaşayan 90-dək azərbaycanlı, türk icmasının üzvləri və amerikalılar iştirak ediblər. Qonaqlara milli yeməklər və Novruz süfrəsinin ənənəvi şirniyyatları təqdim olunub. Novruz şənliyi milli musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton