“NÜVƏ İXRACINA NƏZARƏT” MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Ukraynanın Aluşta şəhərində Arqon Milli Laboratoriyası və ABŞ-ın müvafiq laboratoriyalarının iştirakı ilə “Nüvə ixracına nəzarət” mövzusunda birgə görüş keçirilmişdir. Qazaxıstan, Ukrayna, Rusiya, Gürcüstan və Azərbaycan nümayəndə heyətlərinin iştirak etdiyi görüş ABŞ Energetika Nazirliyi tərəfindən təşkil olunmuşdur. Bu beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor Adil Qəribov müxbirimizə demişdir ki, görüşdə nüvə ixracına aid olan müxtəlif məsələlər müzakirə edilmiş və bu sahədə geniş təcrübəyə malik ölkələrin nümayəndələrinin məruzələri dinlənilmişdir. ”Azərbaycanda nüvə ixracına nəzarətin vəziyyəti” mövzusunda məruzəmdə hökumətimizin bu sahədə geniş işlər gördüyünü, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində nəzarət tədbirlərinin keçirilməsinin mümkün olmadığını, məhz bu səbəbdən nüvə, radiaktiv və ikitəyinatlı məhsulların Ermənistan ərazisindən hər hansı bir başqa ölkəyə daşına biləcəyini iştirakçıların nəzərinə çatdırdım. Görüş çərçivəsində MDB ölkələrinin nümayəndələri ilə əlaqələr yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]