Ödənişli ictimai iş yerləri ilə təmin olunanların sayı artmaqda davam edir
Bakı, 30 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və həmin işlərə cəlb edilənlərin sayı artıq 65 mini ötüb. Haqqıödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.