“OĞUZ” TƏZƏ MUSİQİ ALƏTİDİR
Zaqatala rayonunun Aşağıtala kənd sakini, istedadlı tarzən Zahid Mustafayev hazırladığı yeni musiqi alətinə “Oğuz” adı vermişdir. Bu musiqi alətini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, respublika Musiqi Mədəniyyəti muzeyinin mütəxəssisləri yüksək qiymətləndirmiş, ekspert komissiyaları ona müsbət rəyini vermiş, müəlliflik hüququ təsdiq edilmişdir. Tut ağacından hazırlanmış “Oğuz”un 4 cüt simi, 28 pərdəsi, 2,5 oktava səs diapozonu vardır. AZƏRTAC-ın müxbirinə demişlər ki, çanaq hissəsinə yerləşdirilmiş akustika sistemi “Oğuz”a tütək, ney, tar, saz, orqan musiqi alətlərinin səslərini çıxarmağa imkan verir.
Tarzənin bu ixtirası geniş maraq doğurmuş, o xeyli sifariş almışdır. Yəqin ki, bu orijinal musiqi aləti Mədəniyyət Nazirliyinin də diqqətindən kənarda qalmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]