Oğuzda yeni inşa edilmiş uşaq bağçasının binası istifadəyə verilib
Oğuz, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz şəhərində yeni inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının binası yanvarın 29-da uşaqların istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
Binada yararsız vəziyyətdə olan Oğuz şəhər 3 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb.
Qeyd edək ki, hazırda Oğuz rayonunda 935 uşağı əhatə edən 18 bağça fəaliyyət göstərir.