ÖLKƏ İQTİSADİYYATINA KREDİT QOYULUŞUNUN HƏCMİ ARTMAQDA DAVAM EDİR
Kreditlərin 2543,9 milyard manatı (69,6 faiz) qısamüddətli, 1113 milyard manatı (30,4 faiz) isə uzunmüddətli kreditlərdir.
Dövlət bankları ölkə iqtisadiyyatına 1686,7 milyard manat (46,12 faiz), özəl banklar 1578,3 milyard manat (43,16 faiz), qeyri-bank kredit təşkilatları 391,9 milyard manat (10,72 faiz) kredit qoymuşlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 511,1 milyard manat yönəldilmişdir ki, bu da ümumi kapital qoyuluşunun 13,98 faizini təşkil edir. Yüz faiz xarici kapitalla işləyən banklar 70,29 milyard manat (1,92 faiz) kredit qoymuşlar.
Kreditlərin 1115,7 milyard manatı (31,63 faiz) isə manatla, 2500,2 milyard manatı (68,37 faiz) isə valyuta ilə ayrılmışdır.
Kreditlərin 845,1 milyard manatı (23,11 faiz) dövlət sektoruna, 2811,8 milyard manatı (76,89 faiz) özəl sektora yönəldilmişdir.