Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə İİV infeksiyası ilə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir

Bakı, 25 may, AZƏRTAC

İİV infeksiyası İnsanın İmmunçatışmazlığı virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) isə İİV infeksiyasının sonuncu kliniki mərhələsidir - digər ağırlaşmaların, məsələn vərəm, onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayiət olunan haldır.

Xəstəliyin 3 əsas yoluxma yolu var. Birincisi cinsi yol, ikincisi parenteral yol - İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində (əsasən narkotik istifadəçiləri arasında yayılır), İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimatdan və məhlullardan istifadə etməklə, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində, son olaraq üçüncü yol perinatal yoluxma, yəni, İİV-ə yoluxan anadan uşağa hamiləlik dövründə cift vasitəsilə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində keçə bilər.

AZƏRTAC ölkədə İİV infeksiyası ilə bağlı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən reportaj hazırlayıb.

Mərkəzin əsas fəaliyyətinə İİV infeksiyasının yekun diaqnozunun qoyulması, diaqnozu müəyyən edilən İİV-ə yoluxmuş şəxslərə adekvat müalicə sxeminin müəyyən edilməsi daxildir. Bu zaman pasiyentin yaşı, yanaşı xəstəlikləri, müalicəyə sadiqliyi və digər vacib məqamlar mərkəzin həkimləri tərəfindən nəzərə alınır. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır və yalnız Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir. Müalicənin əsas məqsədləri orqanizmdə İİV virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının aşağı salınması və İİV-in ötürülməsinin azaldılması ilə epidemiyanın qarşısının alınmasından ibarətdir. Müalicə bütün xəstələrə əlçatandır, dərman preparatları dövlət tərəfindən fasiləsiz olmaqla, ödənişsiz şəkildə təmin olunur. Ən vacib nüans isə müalicənin ömürlük olmasıdır.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov hazırda ölkədə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət haqqında məlumat verib: “Ölkəmizdə İİV infeksiyası ilə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir. Qeyd etmək istərdim ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam edir. Azərbaycanda isə bu infeksiya, əsasən, yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verir. Aparılan məqsədyönlü əksepidemik tədbirlər nəticəsində regiondakı digər ölkələrlə müqayisədə Azərbaycanda bu virusun yayılmasını dəfələrlə aşağı səviyyədə saxlamağa nail olmuşuq. Azərbaycanda İİV infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2022-ci ilin sonunadək İİV-lə yaşayan vətəndaşların sayı 8 min 563 nəfər olub. Onlardan 69,5 faizi kişi, 30,5 faizi qadındır. Ötən ay ölkəmizdə keçirilən X Qlobal Forum çərçivəsində səfərdə olan BMT-nin İİV/QİÇS Proqramı üzrə icraçı direktoru da öz görüşlərində Azərbaycanda İİV/QİÇS-lə mübarizə sahəsində uğurlu addımların atıldığını və xüsusi nailiyyətlər əldə olunduğunu vurğulayıb”.

F.Məmmədov xəstəliyin kliniki simptomlarından danışıb: “Öncə onu qeyd etmək istərdim ki, İİV spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ var. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə edilə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar - dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Bəzən, xəstəlik illərlə gizli gedişata malikdir və heç bir əlamət vermədən təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır. Ümumiyyətlə, İİV infeksiyasının yekun diaqnozu Respublika QİÇS-lə Mübarizə Mərkəzində təsdiqlənir. Bütün müəssisələrdə aşkar olunmuş pozitiv hallar İİV-ə görə “şübhəli” hesab olunur, qan nümunəsi və şəxsin özü mərkəzə yönləndirilir. Burada şəxsin özündən qan nümunəsi götürülür və bir-birini təsdiq edən immunoferment, immunoblot, virusoloji müayinələrə cəlb edilir, qanda CD4 limfositlərinin miqdarı müəyyən olunur. Toplanmış müayinə nəticələri konsilium şəklində müzakirə edilir və şəxs qeydiyyata götürülür. Mərkəzin laboratoriyası ən son müasir texnoloji avadanlıqlarla təmin edilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq laborator xidmət həyata keçirilir”.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə mərkəzdə diaqnozu müəyyən edilən İİV-ə yoluxmuş şəxslərə konsilium komissiyası tərəfindən adekvat müalicə sxemi müəyyən edildiyini deyib: “Müalicə zamanı pasiyentin yaşı, yanaşı xəstəlikləri, müalicəyə sadiqliyi və digər vacib məqamlar həkimlərimiz tərəfindən nəzərə alınır. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir. Pasiyentlər müalicə sxemindən, müalicəyə nə qədər sadiqlik göstərməyindən, yanaşı xəstəliklərdən asılı olaraq, 1- 2- 3 aylıq olmaqla mərkəzin aptekindən və ya regional laboratoriyalarımızdan dərman preparatlarını əldə edirlər. Həkimlərin tövsiyəsinə uyğun müalicə qəbul edən şəxslərdə həyat keyfiyyəti saxlanılır, ağırlaşmalara çox az rast gəlinir. Bundan başqa, pasiyentlərə stomatoloji, USM və digər xidmətlər də göstərilir. Mərkəzdə müayinələr, monitorinqlər həkim və psixoloq konsultasiyası və müalicə tam ödənişsiz qaydada anonimlik qorunmaqla həyata keçirilir”.

Nikaha daxil olan hər bir şəxsin zəruri tibbi müayinələrə, o cümlədən İİV infeksiyasına görə müayinəyə cəlb olunduğunu bildirən S.Babazadə bir çox hallarda cütlüklərin İİV infeksiyası aşkarlananda nikaha daxil olmadığını qeyd edib: “İİV infeksiyasına yoluxmuş hamilə qadın həkimlərin tövsiyəsinə uyğun olaraq müalicə qəbul etdikdə onlardan sağlam uşaqlar dünyaya gəlir. Artıq bir neçə ildir ki, ölkəmizdə İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası uğurla həyata keçirilir. ÜST tərəfindən ölkəmiz İİV infeksiyasının anadan uşağa ötürülməsinin qarşısının alınmasına nail olan ölkə kimi qiymətləndirilib və sertifikat əldə olunması istiqamətində işlərə başlanılması vurğulanıb”.

Mərkəzin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Günəş Cəfərova İİV infeksiyası ilə mübarizədə profilaktik proqramların çoxşaxəli olduğunu deyib: “Risk qrupları arasında profilaktik proqramlar həyata keçirilir. 12 mobil məntəqəmiz risk qruplarında, qeyri-hökumət təşkilatlarını da buraya cəlb etməklə əksepidemik işlər aparılır. Mobil məntəqələrimiz bu qrupların sıx toplaşdığı yerlərdə müayinələr həyata keçirir, maarifləndirici işlər aparır. İİV infeksiyasının daha çox risk qrupları arasında yayılmasına baxmayaraq, biz risk qrupları ilə yanaşı, ümumi əhali arasında da əks epidemik tədbirlər həyata keçiririk. Bu mənada, əhalinin sıx toplaşdığı məkanlarda, böyük ticarət mərkəzlərində, eyni zamanda, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında keçirdiyimiz silsilə tədbirləri, kütləvi müayinə aksiyalarını misal göstərə bilərəm. Bundan əlavə, Bakı Metropoliteni ilə əməkdaşlıq edərək 18 stansiyada gün ərzində yüz minlərlə əhalinin maariflənməsinə xidmət edən maarifləndirici videoçarxların, Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq şəraitində BNA-nın Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, dayanacaqlarında, Azərbaycan Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq edərək, şəhərin mərkəzi küçələrindəki monitorlarda maarifləndirici poster və videoçarxların nümayişini təmin edir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Bakcell” və “Nar Mobile” operatorları vasitəsilə istifadəçilərə “STOP AİDS! Riskli davranışlardan uzaq ol! İİV-ə müayinələr ödənişsiz və anonimdir” tərtibatlı mesajlar göndərilir. Daha çox əhalinin maarifləndirilməsi məqsədilə sosial şəbəkələr üzərində də aktiv şəkildə fəaliyyət göstəririk. Tərəfimizdən hazırlanan və hər gün yenilənən maarifləndirici materiallar, videoçarxlar sosial şəbəkələr üzərindən daha çox izləyici kütləsinə çatdırılır. Qeyd etmək istəyirəm ki, bu təbliğat kampaniyası davamlı olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları mütəmadi olaraq tibb müəssisələrində, həkimlər və orta tibb işçiləri üçün də İİV infeksiyası ilə bağlı təlimlər həyata keçirir, o cümlədən klinik protokollar və metodiki tövsiyələr hazırlayır. Hazırda mərkəzdə Rusiya Epidemiologiya İnstitutu ilə birlikdə 3 istiqamət üzrə tədqiqat işləri həyata keçirilir”.

Famil Məmmədov sonda İİV infeksiyasından qorunmaq, xəstəliyə yoluxmamaq üçün tövsiyələr verib: “Biz hər zaman vurğulayırıq ki, profilaktika müalicədən daha yaxşıdır. Əgər profilaktik tədbirləri bilib onlara düzgün riayət etsək, İİV-ə yoluxmanın da qarşısını almış olarıq. Bu tədbirlərə əvvəlcə İİV/QİÇS mövzusunda maariflənmək, xəstəliyin yoluxma yollarını bilmək, zərərli vərdişlərdən, narkotiklərin istifadəsindən uzaq olmaq aiddir. Xüsusilə İİV virusuna yoluxmanın qarşısını almaq üçün, Respublika QİÇS-lə Mübarizə Mərkəzində pre və postkontakt profilaktika həyata keçirilir. Əgər İİV-ə yoluxmuş bir şəxslə və yaxud onun qanı ilə çirklənmiş alətlərlə təmasa şübhə olarsa, mütləq şəkildə 72 saat ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər