Ölkəmizdə qan donorluğunun inkişafı istiqamətində əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 9 avqust (AZƏRTAC). Avqustun 9-da “Odlar Yurdu” Gənclər İctimai Birliyi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyi arasında respublikada qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb.
Qan Donorları Assosiasiyasından AZƏRTAC-a bildirdilər ki, memorandumun məqsədi yaxın gələcəkdə paytaxtla bərabər Gəncə şəhərində də gənclərin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və gənclər arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır.
Memorandumu “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov imzalayıblar.
Qan Donorları Assosiasiyası artıq 5 ilə yaxın müddətdir ki, respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]