Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizin sabahına Prezident qayğısı

Ölkəmizin sabahına Prezident qayğısı

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasında tələbə gənclərin təhsil almasının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdə davam edir. Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün “Sabah” qruplarında təhsilin təşkili həyata keçirilən siyasətin konkret təzahürləridir. 2019-cu ilin Dövlət büdcəsində dövlət sifarişli yerlərin artırılması üçün əlavə vəsait qoyulmasının nəzərdə tutulması da həmin istiqamətin daha da inkişaf etdirilməsini təmin edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib.

İsa Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli Sərəncamı müstəqil dövlətimizin Azərbaycanın sabahı olan tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir. Prezident Sərəncamı, ilk növbədə, ali və orta ixtisas təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin bütün pillələri və səviyyələrini, habelə peşə təhsili üzrə təhsil alan tələbələri əhatə edir. Yəni peşə məktəblərində təhsil alan tələbələrdən bakalavr, magistratura və doktorantura pilləsinə qədər təhsildə akademik nailiyyətləri olan təhsilalanların dövlət qayğısı ilə əhatə olunması nəzərdə tutulur. Bütövlükdə dövlət qayğısı martın 1-dən etibarən mərhələli şəkildə təhsildə akademik nailiyyətləri olan tələbələrin mütləq əksəriyyətini əhatə edəcək. Belə ki, Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən martın 1-dən təqaüd alanların sayının 16 min vahid artırılaraq hazırda hazırkı 31 faizdən cəmi 6 ay sonra, növbəti tədris ilinin başlanğıcında 45 faizə, 2020-2021-ci tədris ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacağı müəyyən edilib. Qeyd edilənlər dövlətimiz üçün tələbə gənclər siyasətinin davamlı olduğunu və strateji xarakter daşıdığını aydın surətdə göstərir. Bu, müstəqil dövlətimizin ölkəmizin sabahı olacaq yeni nəsil gəncliklə əlaqədar qayğılara özünün strateji xəttində ardıcıl olaraq yer verdiyini nümayiş etdirir. Bir az əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə üzrə gənclərlə keçirdiyi tarixi görüşdə yeni nəslin inkişafı ilə əlaqədar səsləndirdiyi fikirlər ilk olaraq tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədar dövlət Sərəncamında öz əksini tapıb. Bununla Azərbaycan Prezidenti növbəti dəfə də verdiyi vədləri həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirir. Bundan başqa, tələbələrin təqaüdlərinin artırılması üçün akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin əsas faktor kimi qəbul edilməsi dövlət qayğısının sadəcə sosial təminat olmayıb, həm də bilik və bacarıqların, mütəxəssis hazırlığının daim yüksəldilməsinə hesablanmış maddi stimul olduğunu nəzərə göstərir. Bu isə heç şübhəsiz, öz növbəsində, ölkəmizdə yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin daha da artırılmasına ciddi təkan verəcək. Xüsusən, Prezidentin “Azərbaycan Respublikasının ali məktəblərində Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 14 fevral tarixli Fərmanı bu məsələyə də yenidən qayıtmağı və Prezident təqaüdünün mövcud 185 manatdan 210 manata çatdırılması yüksək istedadlı tələbələrə əlavə qayğının göstərildiyini nəzərə çarpdırır. Bu, həm də respublikamızda Prezident təqaüdlü tələbələrin və məzunların reytinqinin yüksəldilməsinə də meydan açacaq.

Akademik bildirib ki, eyni zamanda, Prezident Sərəncamına uyğun olaraq təqaüdlərin artırılması ödənişli əsaslarla oxuyan tələbələri də əhatə edəcək. Bu da ölkəmizdə özəl ali təhsil sektorunun da inkişaf etdirilməsinə, təhsilin bu sektorunda təhsil alan tələbələrin də normal ali təhsil almalarına stimul verəcək. Sərəncamda peşə məktəbi müdavimlərinin də nəzərdə tutulması son illərdə özünün yenidən inkişafına başlamış peşə təhsilinə marağı bir qədər də artırmağa xidmət edəcək. “Tələbə təqaüdləri faktorunun dövlət siyasətinin diqqət mərkəzinə çəkilməsi təhsil kredit fondu yaradılması məsələsini yenidən gündəmə gətirir. Məlum olduğu kimi, həmin istiqamətdə artıq ilk addımlar atılıb. Təhsil Nazirliyi xətti ilə yaradılmış “Maarifçi” təhsil kredit mərkəzi 2016-cı ildən ödənişli əsaslarla oxuyan tələbələrə kiçik faizlə uzunmüddətli kreditlərin verilməsini həyata keçirməkdədir. Maarifçi” təhsil kredit mərkəzi hələlik ölkəmizdə fəaliyyət göstərən 14 ali məktəbin ayırdığı müəyyən bir maliyyə vəsaiti hesabına fəaliyyət göstərdiyi üçün ehtiyacı olan tələbələrin yalnız az bir qismini əhatə edə bilmişdi. Bizdə olan məlumata görə, bu vaxtadək iki yüz nəfərdən bir qədər artıq tələbə kredit fondundan faydalana bilib. Nədənsə ölkəmizin sahibkarları bu cəlbedici sahəyə maraq göstərmirlər. Təhsil kredit fondu ilə əlaqəli işləmək bir qədər uzun vaxt tələb edən məsələ olmasına baxmayaraq, dünyada sərfəli biznes sahələrindən biri hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, ehtiyacı olan tələbələrin təhsilini davam etdirməsinə və başa çatdırılmasına qoyulan maliyyə vəsaiti nəticə etibarilə ölkəmizin gələcəyinə yatırılmış yatırım olduğu üçün maddi qazancdan çox mənəvi borc kimi də mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, sahibkarlar ölkə gəncliyi üçün əhəmiyyətli olan bu sahəyə diqqət yetirəcəklər”, - deyə İsa Həbibəyli bildirib.

AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Məclisində “Təhsil kreditləri haqqında” xüsusi Qanunun hazırlanmasına təşəbbüslər göstərilib, hətta müəyyən Qanun layihəsi də hazırlanıb. Qanun layihələrini yalnız ilkin kapital qoyuluşu məsələsində mövcud olan problemə görə gündəmə gətirmək mümkün olmayıb. Ümid edirik ki, Azərbaycan Prezidentinin tələbə gəncliyinə göstərdiyi müstəsna qayğıdan sonra sahibkarlar mühitində də bu istiqamətdə canlanma baş verəcək.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantların, magistrlərin və tələbələrin təqaüdlərinin artırılması sahəsində atdığı böyük addımlar ölkəmizin tələbə gəncliyinə göstərilmiş böyük qayğının daha bir əməli ifadəsidir. Azərbaycan ziyalıları, təhsil ictimaiyyəti, çoxminli tələbələr - ölkəmizin yeni gənc nəsli möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər. Bütün bunlar həm də tələbələrin üzərinə böyük vəzifələr qoyur. İnanırıq ki, tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar”, - deyə İsa Həbibəyli əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb