Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkənin aparıcı nəqliyyat vasitəsinin idarəçiləri – dəmiryolçular

Bakı, 22 fevral, AZƏRTAC

Dəmir yolu ölkəmizdə ən çox inkişaf edən sahələrdən biridir. Azərbaycanda dəmir yolu sənayesinin böyümə və inkişaf dinamikası bu sahə ilə əlaqəli peşələrdə ixtisaslı işçilərə daim tələbat yaradır. Onların hamısını dəmiryolçu adlandırsaq, bu adın arxasında hansı müxtəlif peşələrin gizləndiyini çətin ki, təxmin edək. Dəmiryolçu peşəsi dəmir yolunda, metroda və daxili dəmir yolu şəbəkəsi olan müəssisələrdə mövcud olan bir sıra fəhlə və qulluqçuların peşələrinin ümumi adıdır.

AZƏRTAC-ın əməkdaşları bu peşələrin öyrədildiyi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar.

Mərkəzdə dəmir yolunun bütün təsərrüfatlarına aid elektrovoz maşinisti köməkçisi, teplovoz maşinisti köməkçisi, elektrik qatarının maşinist köməkçisi, dəmiryol stansiyasının növbətçisi, işarəvermə, mərkəzləşdirmə, bloklama qurğularının təmiri və xidməti elektrik montyoru, kontakt şəbəkəsinin elektrik montyoru, metropolitenin stansiya növbətçisi, vaqon baxıcısı-təmirçisi, kompüter üzrə operator, dizayner, texniki xidmət məntəqələrində lokomotiv baxıcısı və təmirçi çilingər ixtisasları tədris olunur.

Mərkəzin direktoru Zülfüqar Əsgərov tələbələrin gələcəkdə dəmir yolu, metropoliten nəqliyyatına töhfə verəcəyinə inandığını deyir. Bildirir ki, dəmiryolu müəssisələrindən ixtisaslı mühəndislər tədris prosesinə cəlb olunub: “Mərkəzə qəbul qaydası onlayn qaydada həyata keçirilir. Tədris müddəti 9 illik təhsil bazasından qəbul olanlar üçün üç il, 11 illik təhsil bazasından gələnlər üçün isə bir ildir. Tələbələr arasında yaş məhdudiyyəti yoxdur. Lakin texniki sahə olduğu üçün oğlan tələbələr üstünlük təşkil edir. 15 yaşdan 40 yaşadək tələbələrimiz var. Onların arasında ali təhsil müəssisəsini bitirib gələn, metropolitendə çalışan tələbəmiz də var. Ortalama gündüz növbəsində 500-ə yaxın tələbə dövlət hesabına təhsil alır. Həmçinin ödənişli qruplarda 200 nəfərə yaxın təhsil alan tələbələrimiz var. Dərslərimiz gündüz və axşam növbələrində keçirilir”.

Zülfüqar Əsgərovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə razılaşdırılmış müqaviləyə əsasən, birinci və ikinci kursda təhsil alan tələbələr həftədə 8 saat, üçüncü kurslar isə həftədə 16 saat olmaqla müəssisələrin depo və stansiyalarında təcrübə keçirlər: “Bu zaman həmin təcrübədə nəzəri ixtisas fənlərinin tədrisi həmin həftə ərzində keçiriləcək praktiki dərslərlə uyğunluq təşkil edir. Bununla, nəzəri cəhətdən 5 gün ərzində tədris olunan dərsləri tələbələr praktiki cəhətdən mənimsəyirlər.

Ölkədə dəmir yolu, metro aparıcı nəqliyyat vasitəsi olduğu üçün açılan yeni depolarda, stansiyalarda əlavə kadrlara həmişə ehtiyac var. Bu səbəbdən hazırda təhsil alan tələbələrimizin işsiz qalmaq kimi problemi yoxdur. Onlar “Azərbaycan Dəmir Yolları” QSC -yə, metropolitenə elektron qaydada müraciət edərək vakansiyalar üzrə qeydiyyatdan keçib müsabiqədə iştirak edə bilərlər. Bura yeganə peşə təhsil mərkəzidir ki, həm dəmir yolu, həm də metropoliten üçün ixtisaslı kadr hazırlayır”.

Mərkəzin tələbələrinin cavablarından da ixtisaslarına olan maraqları aydın şəkildə hiss olunur.

Onların arasında vaqon baxıcısı və təmirçisi ixtisasında təhsil alan Pirağa Rəhmanov və stansiya növbətçisi Məhəmməd Xasməmmədlinin babaları dəmiryolçudur.

Hər ikisi babalarının sənətini davam etdirmək arzusundadırlar.

Şamil Məmmədov isə metropolitendə çalışan dostlarından bu sahə barədə məlumat alıb. Deyir ki, gələcəkdə də bu sahədə çalışmaq istəyir.

Mərkəzin bazasında “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü və böyük dəstəyi ilə 4 laboratoriya qurulub. İnfrastruktur laboratoriyasında yoldəyişən qurğu quraşdırılıb. Bu qurğu mənfi və müsbət istiqamətlərə dəyişilmək üzrə tənzimlənib.

Elektrovoz yüksək gərginlikli kamera laboratoriyasında elektrovozun daxilində yerləşən yüksək gərginlikli elektriki qəbul edən və ötürən qurğular yerləşdirilib. Buradakı qurğular dəmir yollarında lokomativlərdə quraşdırılan, istismar olunan qurğulardır.

Hərəkətin avtomatik idarə olunması laboratoriyasında stansiya növbətçisinin idarəetmə tablosu, relyef qurğuları, sahədə yerləşən giriş-çıxış işıqforu, reys üzərində hərəkət edən şərti lokomotiv maketi quraşdırılıb. Burada stansiya növbətçisi ixtisasını mənimsəyən tələbələr qatarların necə qəbul olunub göndərilməsi, işıqforun asılılıq vəziyyəti ilə əyani tanış olurlar.

Avtotormoz laboratoriyasında isə qatarların hərəkəti zamanı qatarların tormozlama işlərinin icrası öyrədilir.

Bu gün quru yolu ilə yüklərin daşınmasında dəmir yolunun heç bir rəqibi yoxdur. Bu, istənilən şəraitdə işləyə bilən ən stabil və inkişaf etmiş sistemdir. Onun performansını və sərnişinlərə xidmətini təmin etmək üçün daim ixtisaslı kadrlara ehtiyac var. Təbii ki, işçi lazımi təhsilə malik olmalı və öz peşəsini mükəmməl bilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür