Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölüm haqqında şəhadətnamələri almaq üçün vətəndaşlar hansı orqanlara müraciət etməlidirlər?

Ölüm haqqında şəhadətnamələri almaq üçün vətəndaşlar hansı orqanlara müraciət etməlidirlər?

Bakı, 29 noyabr, AZƏRTAC

Bir sıra hallarda ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problemlərlə üzləşən insanlar onu həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bəzən isə vətəndaşlar bu şəhadətnaməni əldə etmək üçün hansı orqanlara müraciət etməli olduqlarını da bilmirlər. İnsanları bununla bağlı narahat edən digər vacib məsələ ölüm haqqında şəhadətnamələrin müvafiq orqanlar tərəfindən bəzən gec, yəni 6 aydan sonra verilməsidir. Düzdür, Təcili Tibbi Yardım Xidməti ölüm faktını qeydə alır. Lakin el arasında “ölüm kağızı” deyilən ölüm haqqında şəhadətnamə sənədi verilmir. Xəstəxanalar isə vətəndaşlara bu sənədi almaqdan ötrü məhkəməyə müraciət etməyi tövsiyə edir.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Vəkillər Kollegiyasının üzvü Xəyalə Abdullazadə cavablandırıb.

- Xəyalə xanım, ölüm haqqında şəhadətnamələri almaq üçün vətəndaş hansı orqanlara müraciət etməlidir?

- Qeyd edim ki, bu mövzu olduqca aktualdır. Nəzərə alsaq ki, doğmasını itirmiş şəxs həmin an emosional gərginlik keçirir. Yas mərasimi, sənədləşmə işləri və sair məsələlər kənarda qalır. Sualı cavablandırmazdan əvvəl istərdim ki, “ölüm” anlayışına diqqət yetirək. Hüquqi dildə “ölüm” dedikdə nə başa düşülməlidir? Ölüm zamanı insanın orqanizmində ardıcıllığa malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insanın vəfat etməsi kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatır. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs prosesi dayanır. Həmçinin orqanizmin həyat fəaliyyətinin xarici əlamətlərinin heç biri müşahidə olunmur. Lakin bəzən təxirəsalınmaz reanimasiya tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi (həkim və ya feldşer) müəyyənləşdirir. Ürəyin işləməsi və ağciyərlərin süni ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin ölümünün baş verməsini göstərir. Beyin ölümü diaqnozu xəstənin olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur. Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən və (və ya) gec meyit əlamətləri əsasında müəyyənləşdirilir. Beyin və ya bioloji ölüm insanın vəfat etməsi anı hesab edilir.

Yeri gəlmişkən, “Ölüm haqqında tibbi şəhadətnamə” ilə “Ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamə” arasındakı ad bənzərliyi vətəndaşlarda çox vaxt çaşqınlıq yaradır. Ümumiyyətlə vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin alınması qaydası ötən ilin sentyabrından elektronlaşdırılıb. Belə ki, ölüm haqqında tibbi şəhadətnamə artıq elektron qaydada verilir. Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik olunmasına dair qərar qəbul edib.

Ölüm haqqında tibbi şəhadətnamə mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli kollegiya qərarı ilə qaydalara müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən, həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin elektron qeydiyyatı aparılır, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə təsdiqlənir. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiqləyən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Təqdim edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Tibb müəssisəsi ölüm haqqında məlumatı dərhal Səhiyyə Nazirliyinə, nazirlik isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürür. Bu məqsədlə respublikanın müvafiq tibb müəssisələri tərəfindən ölüm halı zamanı məlumatları “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”nə (VESKS) daxil edildikdən sonra “Ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106) rəhbər şəxsin elektron imzası ilə təsdiqləndikdən sonra üç nüsxədə çap edilir. Bir nüsxəsi həmin müəssisədə saxlanılır, digər nüsxələrinin Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə və ölmüş şəxsin qohumlarına verilməsi təmin edilir.

- Ölüm haqqında tibbi şəhadətnamə üçün hansı halda məhkəməyə müraciət edilir?

- Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur.

Bakı Baş Səhiyyə Mərkəzinin məlumatında qeyd edilib ki, əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqlənməsi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verir. “Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunur.

“Ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamə” isə “ASAN xidmət” mərkəzləri və Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən vətəndaşlara verilir.

- Bəs, ölüm haqqında şəhadətnamələrin bəzən gec, yəni 6 aydan sonra verilməsinin səbəbləri nədir?

- Qanunvericilikdə müəyyən olunmuş hallarda (tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə olduqda, ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduqda və sair hallarda) “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bu zaman ölümün səbəbi ətraflı müayinə aparılaraq araşdırıldığından vaxt alır.

“Ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamə”nin verilməsi üçün isə bəzi hallarda ölüm faktının müəyyənləşdirilməsi və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb olunur. Bu hallarda həmin sənədin əldə olunması yubana bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib