OMBUDSMANLARIN IV BAKI BEYNƏLXALQ KONFRANSI BAŞA ÇATMIŞDIR
Elmira Süleymanova “Hüquqi maarifləndirmə ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda məruzə etmiş, ölkəmizdə insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində aparılan köklü islahatlar barədə məlumat vermişdir.
AŞ-nın İnsan Hüquqları üzrə komissarı T.Hammerberq insan hüquqları sahəsində qanunvericiliyin zəruriliyini vurğulamış, qanunların beynəlxalq konvensiyalarla tənzimləndiyini, insan hüquqlarının həyata keçirilməsi sahəsində məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatına dövlət orqanları tərəfindən kömək göstərilməsinin vacibliyini diqqətə çarpdırmışdir.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Abbasov, Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Vladimir Lukin, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, BMT-nin Azərbaycandakı rezident -əlaqələndiricisi Marko Borsotti çıxış etmişlər.
Tədbir iştirakçıları ayrı-ayrı sessiyalarda təcrübə və fikir mübadiləsi aparmışlar.
Sonda bəyanat qəbul edilmişdir.
Konfransda Rusiya Federasiyasının 20-dən çox subyektinin insan hüquqları üzrə müvəkkilləri, Milli Məclisin deputatları, dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak etmişlər.