OPERATOR, SSENARİÇİ, REJİSSOR VƏ AKTYORUN XATİRƏ GECƏSİ
Azərbaycan Dövlət Film Fondundan AZƏRTAC-a bildirmişlər ki, iyunun sonunda “İbrus” teatrının kinosalonunda kinooperator, ssenariçi, rejissor və aktyor, dövlət mükafatı laureatı, xalq artisti Muxtar Dadaşovun anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcəkdir.
Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin dediyinə görə, M.Dadaşov kinematoqrafda dərin iz qoymuş, 1924-1929-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında, 1929-1931-ci illərdə Gənc Tamaşaçılar Teatrında aktyor, 1931-ci ildən “Azərbaycanfilm” kinostudiyasında operator işləmişdir. O, 1939-cu ildə “Sovet Azərbaycanı” sənədli oçerkini çəkmiş, eyni zamanda, həmin filmin ssenari müəllifi, rejissoru və operatoru olmuşdur. Yeri gəlmişkən, bu film 1951-ci ildə Kann Beynəlxalq kinofestivalının laureatı adını qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]