Orta Asiyadan göndərilən yüklərin Avropaya çatdırılmasında “ADY Konteyner”in xidmətindən istifadə edilib
Bakı, 5 sentyabr, AZƏRTAC
“ADY Konteyner” MMC-nin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Qara dənizdə birgə layihəsi olan, əsasən Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda istifadə olunan “Rəsul Rza” fider gəmisi ilə ilk dəfə Orta Asiyadan göndərilən yüklərin Rumıniyanın Konstanta limanına çatdırılması həyata keçirilib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, yükü mineral gübrə olan 24 konteynerdən ibarət blok qatar Özbəkistandan yola salınıb. Qatar Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra 40 futluq konteynerlər Xəzər dənizində fider daşımaları həyata keçirən “Mahmud Rəhimov” gəmisi vasitəsilə Ələt limanına gətirilib. Burada platformalara yüklənərək dəmiryolu ilə Gürcüstanın Batumi limanına, daha sonra isə “Rəsul Rza” fider gəmisi ilə Konstantaya çatdırılıb.
Bu xidmətə Orta Asiyadan gələn yüklərin cəlb edilməsi yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa ilə yanaşı, Orta Asiya-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]