ELM VƏ TƏHSİL
Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlər təşkil olunub




Bakı, 3 fevral, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlərin keçirilməsinə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimlər orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin müəssisələrə rəhbərliyi həyata keçirən şəxslərin peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilir.
Təlimin ilk günündə iştirakçılar kredit sistemi ilə tədrisin təşkili, tədris sənədlərinin hazırlanması, təcrübənin təşkili və digər məsələlərlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, orta ixtisas təhsilinin idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, media və ictimaiyyətlə münasibətlər kimi müxtəlif mövzuları əhatə edən təlimlər 5 gün davam edəcək.