DÜNYA
“Panasonic” şirkəti 8,6 milyard ziyana düşdüyünü bəyan etmişdir
Tokio, 1 noyabr (AZƏRTAC). “Panasonic” şirkəti, cari maliyyə ilinin birinci yarısında külli miqdarda ziyana düşdüyünü bəyan etmişdir. Elektron avadanlığının tanınmış istehsalçısı hesabat dövründə əvvəldən təmiz gəlir əldə edəcəyini proqnozlaşdırmışdı.
Oktyabrın 31-də “Panasonic” şirkəti cari ilin aprelindən sentyabr ayınadək təqribən 8,6 milyard dollar ziyana düşdüyünü müəyyən etmişdir. Bu, şirkətin mobil telefonların və günəş batareyalarının biznesində gözlənilmədən baş vermiş itkilərlə əlaqələndirilir.
Apreldən iyunadək televizorların buraxılışında apardığı yenidənqurmadan sonra isə şirkət təmiz gəlir qeydə almışdır. Bu, son 18 ayda şirkətin ilk dəfə gəlir əldə etməsi idi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio