“Paris 2024”: Yeni idman növlərinin proqrama salınması üçün BOK-a müraciət olunub
Bakı, 6 mart, AZƏRTAC
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi breyk-dans, skeytbordinq, qayayadırmanma və sörfinqin yarışların proqramına salınmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi “Paris 2020”nin proqramında islahatlara əsaslanaraq gender balansının qorunması, onun gəncliyə yönəlik olmasını təmin etmək üçün səy göstərir.
Ötən ilin oktyabrında Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına breyk-dans, qayayadırmanma və sörfinq daxil edilmişdi. “Tokio-2020”nin proqramında skeytbordinq, qayayadırmanma və sörfinq debüt edəcək.
Bu idman növlərinin 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramına salınması ilə bağlı yekun qərar BOK tərəfindən veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]