PAYTAXT POLİSİ DOQQUZ AYDA GÖRÜLƏN İŞLƏRƏ YEKUN VURMUŞDUR
BŞBPİ-nin rəisi, polis general-leytenantı Məhərrəm Əliyevin verdiyi məlumata görə, 9 ay ərzində şəhərdə cinayət xətti üzrə qeydə alınmış ümumi cinayətlərin 95,2 faizi, ağır cinayətlərin isə 90,8 faizi açılmışdır.
Ağır cinayət hadisələrinə, qəsdən adamöldürmə, adam oğurluğu, quldurluq, soyğunçuluq, ev oğurluğu və sairə cinayətlərə, onların açılmasına münasibətini bildirən polis general-leytenantı Məhərrəm Əliyev vurğulamışdır ki, ötən müddət ərzində paytaxtda kriminogen durum daim nəzarətdə saxlanılmış, sabitlik qorunmuş, qanunsuz kütləvi aksiyaların keçirilməsinə, təxribat hadisələrinin törədilməsinə imkan verməmiş, ictimai asayişin mühafizəsi təmin edilmişdir.
BŞBPİ-nin rəisi Məhərrəm Əliyev müsbət işlərlə yanaşı, əsasən yol verilmiş nöqsanlar üzərində də dayanmış, bir neçə qəsdən adamöldürmə üzrə bir neçə cinayətin bağlı qalması, əvvəllər ağır cinayətlər törətmiş şəxslərin tutulması ilə əlaqədar xidmət rəisləri və rayon polis idarələrinin rəhbərlərinə ciddi iradlarını bildirmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədibrlərinin həyata keçirilməsini tələb etmişdir. O, bir sıra problem məsələlərə də toxunaraq, buraxılmış səhvlərin aradan qaldırılması, xüsusilə ağır cinayətlərə, o cümlədən adam oğurluğuna qarşı daha ciddi mübarizə aparılmasını nəzərə çatdırmış, terror aktları barədə məlumatların təxirə salınmadan yoxlanılmasını, bayır xidməti əməkdaşları tərəfindən vətəndaşlara qarşı kobudluğa və nəzakətsizliyə yol verilməməsini, ərizələrə və şikayətlərə baxılarkən vətəndaşların hüquqlarının qorunmasını orqan rəislərindən tələb etmiş, hər bir xidmət sahəsinin qarşısında konkret vəzifələr qoymuşdur.
Şəxsi heyət arasında sağlam münasibətlərin zəruriliyini qeyd edən Məhərrəm Əliyev vurğulamışdır ki, sürücülərin yol nişanlarının tələblərini pozması, avtomobilləri səkilərdə saxlamaları, avtoxuliqanlıq etmələri, surət həddini aşmaları ciddi narahatlıq doğurur. Təəssüflər olsun ki, yol polisinin əməkdaşları belə sürücülərə qarşı laqeyidlik göstərir, sahə inspektorları günün tələbləri səviyyəsində işləmirlər.
Müşavirədə BŞBPİ-nin rəis müavini, polis polkovniki Cavadağa Sultanov məruzəsində Bakı Şəhər Polis Qarnizonunun cari ilin 9 ayında görülən işləri ətraflı təhlil olunmuş, müsbət qiymətləndirilmişdir.
Məruzə ətrafında BŞBPİ-nin müxtəlif strukturlarının rəhbərləri, paytaxt rayonların polis rəisləri çıxış etmiş, tabeçiliklərində olan əməkdaşlar tərəfindən 2004-cü ilin qalan dövrü ərzində cinayətkarlığa qarşı mübarizənin daha yüksək səviyyədə təşkil olunacağına söz vermişlər.
Sonda Məhərrəm Əliyev müşavirəyə yekun vuraraq, respublika Prezidenti İlham Əliyevi, Daxili İşlər Nazirliyinin rəhbərliyini BŞBPİ-nin əməkdaşları adından əmin etmişdir ki, polis əməkdaşları işlərini uğurla davam etdirəcək, səylərini səfərbərliyə alaraq onların qarşısında qoyulan vəzifələrin həlli üçün bütün bilik və bacarığını əsirgəməyəcək, cinayətkarlığa qarşı mübarizədə tam məsuliyyət hissi ilə çalışacaq, əvvəlki illər kimi, 2004-cü ili də yüksək göstəricilərlə başa vuracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]
Biləsuvarda avtomobil aşıb, xəsarət alan var
- 04.10.2026 [20:25]
Bu saata olan əsas xəbərlər
- 04.10.2026 [20:00]
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
- 04.10.2026 [19:37]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [18:01]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [17:30]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:50]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:25]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
- 04.10.2026 [16:01]
Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq
- 04.10.2026 [14:41]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:19]
Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib
- 04.10.2026 [14:04]
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
- 04.10.2026 [14:01]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 04.10.2026 [13:10]
Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var
- 04.10.2026 [12:50]
Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib
- 04.10.2026 [12:35]
Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır
- 04.10.2026 [12:25]
Vətən müharibəsinin xronikası: 4 oktyabr
- 04.10.2026 [12:00]
Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər
- 04.10.2026 [11:49]
Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- 04.10.2026 [11:36]
UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq
- 04.10.2026 [10:44]
Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib
- 04.10.2026 [09:56]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- 04.10.2026 [09:00]
Birjalarda qızılın və gümüşün qiyməti azalıb
- 04.10.2026 [08:39]
Dünya birjalarında neft ucuzlaşıb
- 04.10.2026 [08:21]
Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır
- 04.10.2026 [06:35]
Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər
- 04.10.2026 [00:20]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]